vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏHNƏ-TAMAŞA  
14:50 | 2 iyun 2018 | Şənbə Məqaləyə 2817 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir gündə iki premyera

Biri azyaşlı, digəri yaşlı tamaşaçılar üçün

«Mədəniyyət» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki səhnə əsərinin premyerası olacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, gündüz seansında P.Kullifordun “Şirinlər” pyesi əsasında səhnələşdirilən eyniadlı yeni tamaşa təqdim olunacaq. Kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Səhnə əsərinin musiqi tərtibatını İradə Muradova hazırlayıb, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur.

Həmin gün axşam isə böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış tamaşa göstəriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rollarda Əməkdar artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov çıxış edəcəklər.