vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QASTROL-TURNE  
18:00 | 9 aprel 2013 | Çərşənbə axşamı Məqaləyə 4958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qatil» Tiflisdən qayıdıb

Azdrama Gürcüstan paytaxtında 2 gün qalıb

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Akademik Milli Dram Teatrının kollektivi 4-6 aprel tarixlərində Gürcüstanda (Tiflis) qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr gürcü tamaşaçılarına bu dəfə xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında “Qatil” tamaşasını təqdim edib.

K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş olunan “Qatil” tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 
Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatçısı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Əsas rolları xalq artisti Səidə Quliyeva (qonşu), əməkdar artistlər Münəvvər Əliyeva (qadın), Elxan Quliyev (polis) və aktyor Hikmət Rəhimov (oğlan) oynayıb.
Qeyd edək ki, “Qatil” tamaşasının mövzusu tənhalıqdır. Tamaşanın süjeti tənha kimya müəlliməsinin faciəli həyatı üzərində qurulub. Saxtakar, yalançı, fırıldaqçı oğlan başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimənin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimənin evini və ürəyini zəbt edən oğlan sonda onu qatil edir.