
“AzDrama”da əlbəyaxa dava
Xalq artistinə hücuma keçdilər
Xalq artistinə hücuma keçdilər
İlyas Əfəndiyevin tarixi dramı yeni yozumda səhnəyə gəldi...
Təəssüf ki, belə istedad sahibinə kinoda ancaq kiçikplanlı rollar həvalə olunub
Teatr Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını səhnələşdirdi
Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyi qeyd olundu
Çingiz Aytmatovun məşhur romanı səhnələşdirilib
Fuad Poladov: «Mədəniyyət Nazirliyi deyilən bir orqan tanımıram»
Tanınmış sənətkar niyə «mənə baş çəkməyə gələnlərin adını çəkmək istəmirəm» deyib?
Sabir Məmmədov: «Yeməyimiz olmayanda, başqa uşaqların yeməyini oğurlayırdıq»
49 illik ömrə sığdırılan qəhrəmanlar
Sənubər İsgəndərli: «Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi»
Fuad Poladov: «İnsanlar deyə bilmədiklərinə görə ölürlər»
«Mən bu sənətin yeddidən vurğunuyam, yetmişdə də əsiri»
Mehriban Ələkbərzadə: «Amma üzdə olmamağımın səbəbi bu deyil»
Azdrama Gürcüstan paytaxtında 2 gün qalıb
Azərbaycan teatr xadimlərindən ibarət nümayəndə heyəti Moskvada keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalının təntənəli açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Heyətə Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvü İlham Əsgərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və Akademik Milli Dram Teatrının Ədəbi hissə müdiri, Teatr Xadimləri İttifaqının üzvü Cavid Zeynallı daxil olub.
Festivalın açılış mərasimi mayın 23-də Kreml Sarayında Çin Xalq Respublikasının "Poetik rəqs: əfsanəvi mənzərənin səyahəti" rəqs-tamaşası ilə olub. İyulun 25-dək davam edəcək festivalda Hindistan, Kolumbiya, İran, Braziliya, Qazaxıstan, Argentina və başqa ölkələr tamaşa ilə çıxış edəcəklər.
Moskvaya səfər çərçivəsində İlham Əsgərov Y. Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krokla görüşüb. Görüşdə iki teatr arasında gələcək əməkdaşlığı nəzərdə tutan Memorandumun imzalanması haqqında ilkin danışıq aparılıb. Kiril Krok Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə müxtəlif istiqamətli yaradıcı əməkdaşlığa məmnuniyyətlə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının gənc aktyorlarının, eləcə də yaradıcı və texniki heyətin 2025-ci il ərzində Y. Vaxtanqov adına Dövlət Akademik Teatrında yaradıcılıq təcrübəsi keçməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda böyük tarixi və ənənəsi olan bu teatrdan Akademik Milli Dram Teatrına rejissor dəvət olunması məsələsi müzakirə olunub.
Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.
Səfər müddətində İlham Əsgərov eyni zamanda Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında iştirak edib, rəhbərlik etdiyi teatrın Çexov adına Beynəlxalq Teatr Festivalında iştirakı haqqında müzakirə aparıb, Çexov festivalı üçün xüsusi hazırlanmış xalçanı hədiyyə edib.
Azərbaycan nümayəndə heyəti həmçinin Bolşoy Teatrda "Salome" (Rixard Ştraus), Y. Vaxtanqov adına Dövlət Akademik Teatrında isə "Teatr" (Somerset Moem) tamaşalarına baxıblar.