vaxtlı-vaxtında oxuyun! Bazar, 13 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
“AzDrama”da əlbəyaxa dava 11:29 | 8 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 45 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“AzDrama”da əlbəyaxa dava

Xalq artistinə hücuma keçdilər

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Akademik Milli Dram Teatrının (AzDrama) səhnə arxasında əlbəyaxa dava baş verib. Bu barədə Qaynarinfo-ya sözügedən teatrın aktyorları məlumat verib.

Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, “Azdrama”ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.