vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
22:36 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 2346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millimiz dünya çempionatında

Azərbaycanın tarixi qələbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Hollandiya-Azərbaycan 1:5
  • Tarixə düşən matç

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində doğma meydanda Hollandiya ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən oyunu avstriyalı Cerald Baurnfeind idarə edib. Tino Peresin komandasında meydana Hüseynli (qapıçı), Eduardo, Augusto, Amadeu, Rafael çıxıblar.

Rəqib Hollandiyadan isə start heyətdə van Maasbommel (qapıçı), El Qannouti, Ceyar, El Morabiti, Darri yer alıblar.

Səfərdə 5:1 hesabı ilə qələbə qazanan futzalçılarımız doğma meydanda da məğlub olmayıb. Hollandiya yığmasına qarşı cavab görüşündə də əzmkar mübarizə aparan millimiz 4:4 hesabı ilə heç-heçə edib. Komandamız iki oyunun nəticəsinə görə Kolumbiyada keçiriləcək mundiala tarixində ilk dəfə vəsiqə qazanıb.