vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
14:25 | 23 fevral 2019 | Şənbə Məqaləyə 394 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milliləşənlər getdi, real mənzərə göründü

Futzalı məhv edən Axundov milli hayında da deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

Futboldakı proseslərdən bunu görürdük, artıq futzalı da itirmək ərəfəsində olduğumuz şübhə doğurmamalıdı. 19 yaşlılardan ibarət yığmanın Türkiyəyə 1:10 hesablı məğlubiyyəti yoxlama oyununun arxasında gizlənə bilməz.

Rəsmi olsun, ya yoldaşlıq görüşü - oyun oyundur. Meydançaya çıxdınsa, duelin statusu keçir arxa plana. Burda problemin ana-atası Ağatahir Əzimov hesab olunmamalıdır. Kimin baş məşqçi postunda əyləşib-əyləşməməsi heç bir əhəmiyyət daşımır.

Komandanın yeni formalaşdırılması və beynəlxalq oyun praktikasının olmaması da əsas götürülə bilməz. 1:00 hesabı ölkə futzalına cavabdehlik daşıyanların passivinə yazılmalıdır. Təbii ki, günahkarların başında Zaur Axundov gəlir.

Futzal federasiyasının prezidenti o olduğu müddətdə bu sahənin inkişafını gözləmək ağılsızlıqdı. Artıq uzun illərdi ki, futzal özündənrazı və təkəbbürü yerə-göyə sığmayan Axundovun əsarəti altındadı. Kifayət qədər imkanlı şəxsdi, qeyri-rəsmi milyonçudu. Əlaqələri güclü, nüfuz dairəsi böyükdü. Əli hər yerə girir. Bu da onda elə hiss yaradıb ki, bir telefon zəngiylə bütün məsələləri aşıra bilər.

Əsas milli belədir ki, legionerlərin hesabına nəsə etmək olar. Axundov federasiya prezidenti olandan sonra bir “Araz”a pul buraxıb, bir də braziliyalıları milliləşdirməyə. Məhz cənubi amerikalı gəlmələri yığmaya cəlb etməklə, o, sistemsiz və uğursuz fəaliyyətini gözəgəlimli nəticələrin kölgəsinə çəkib. İndi bu da keçmir.

Dünya çapında futzala münasibət dəyişib, demək olar, əksər rəqiblər güclənib. Odu ki, klub və yığma səviyyəsində Biləcəridən o yanda əldə olunan nəticələr ildən-ilə pisləşməkdədir. Axundov heç vaxt ölkə çempionatına, iştirakçılara maraq və diqqət göstərməyib. Hər mövsüm varlığını qoruyub saxlayan klubların başından basıb, onları ruhlandırmayıb, problemlərini dinləməyib.

Axırıncı dəfə nə vaxt arenada görünüb, bilinmir, yaddan çıxıb. Birinci və ikinci liqa qalsın bir tərəfdə, o, heç Super Liqanı da izləmir. “Araz” orda varsa, qurtardı getdi. Biz nə qədər iş adamı, klub rəhbəri tanıyırıq ki, sırf elə Axundova, onun qərəzli və biganə münasibətinə görə futzala tüpürüb. Bu zat hesab edir ki, federasiya prezidentidirsə, hər şey ona məxsusdur, heç kimlə hesablaşmalı, məsləhətləşməli deyil. Bu cür sayğısızlıq və etinasızlıq olan yerdə xeyir-bərəkət də qəhətə çəkilər.

Başı pul qazanmağa, varidatını artırmağa qarışıb Axundovun. Bəlkə də 1:10-dan vaxtında xəbər tutmayıb. Onunçün daha vacib işlər var, milli hayında da deyil, gəmiləri dənizdə üzür, biznes imperiyasına yeni-yeni sahələr daxil olur, iki gündən bir xarici səfərlərdədir. Futzal lazımdır ona? (sportinfo.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *