
Ölünün nəyini ödürəcəksən?
Ölkə futbolunu kökünə balta vuranlar ...
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
2018-ci ilin dəbdə olan məğlubiyyət hesabı: 1:8! «Yaz-sil əməliyyatı» başlığı ilə bir yazı yazmışdım. Yazının ikinci hissəsi futzal yığmasına adi idi.
***
Futzal üzrə əsas yığmada 6 braziliyalı oynayır.
Tyaqo Telez «Bolinya»
Fineo de Araujo
Eduardo Borges
Everton Kardoso «Qallo»
Villiams Oliveira Do Nascimento «Vassura»
Karvalho Vilela dos Santos Rafael
Futzal oyun qaydalarına görə, meydana start heyətində bir komandada 5 futbolçu çıxa bilər. Bizim 6 braziliyalımız var, a kişi!
Səbəb? Bu komanda 10 qat dünya çempionu olsa, nə olacaq? Kimə lazımdı?
Təbii ki, AFFA-da oturan bəylərə. Nə qədər çox xarici, o qədər «yaz-sil» əməliyyatı.
Qısası, oxucu bilsin ki, dərdimiz bu idman növlərinin inkişafı və ya geriliyi ilə bağlı deyil. Dediyimiz odu ki, ikinci dərəcəli sahələrdə idmanla məşğul olunursa, elə öz oğlanlarımız, qızlarımıza sərf edilsin o vəsaitlər. Yəni Azərbaycanda futzalçı tapmaq belə çətindir?
***
Bu yazının altına futzal yığmasındakı milliləşdirməni dəstəkləyən şərhlər yazıldı. Görəsən, həmin braziliyalılarla Portuqaliyadan 8 top buraxdıqdan sonra, yenə də o şərhlərin sahibləri fikirlərində qalırlarmı?
***
Niyə başa düşmək istəmirsiniz axı? Kimdir Zaur Axundov? Kimdir Fikrət Hüseynov? Araşdırın bu adamları. Çoxunuz tanıyırsınız da.
Braziliyalılardan ibarət Azərbaycan yığma komandası qurduğuna görəmi uğurlu futbol funksioneri sayıldı Axundov, «Keşlə»yə prezident göndərildi?! AFFA İcraiyyə Komitəsində bu adam hansı əlahiddə xidmətlərinə əsasən otuzdurulub, bilən varmı? Hansı futbol bilgisiylə, hansı qabiliyyətlə Azərbaycan futbolu ilə bağlı strateji qərarların verilməsi prosesində iştirak edir?
***
Futzal, olimpiya idman növü deyil. Dünyada aşağı prestijli idman növü sayıldığından, ölkə təbliğatı üçün ciddi vasitə hesab oluna bilməz. Futzal üzrə milli komandanın futbolçusu Kardoso yox, məsələn, Namiq Məmmədkərimov, baş məşqçisi Alesio yox, məsələn, Mahir Eyniyev olsa, hər şey eyni olacaq, mahiyyət dəyişməyəcək. Braziliyalılar üzərindən gizlin pullar silən, onlara artıq maaş verib «otkat» edənlərin işləri yerlilərlə risk doğuracaq, fərq budu. Bu adamlar hər şeyi çox açıq edirlər əslində. Gözümüzün içinə baxa-baxa, həm də.