vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜƏLLİF  
11:40 | 31 may 2012 | Cümə axşamı Məqaləyə 2991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəbələ RLS-in taleyi necə olacaq?»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Qəbələ RLS-dən imtina edəcəyi xəbərləri yayılır. Bunun Azərbaycan tərəfinin illik icarə haqqını artırması ilə bağlı olduğu qeyd edilir. Rusiyanın Müdafiə Nazirliyi Qəbələ Radiolokasiya Stansiyasının icarə müddətinin artırılması məsələsinə Azərbaycanın qeyri-konstruktiv yanaşdığını iddia edib və bundan məyus olduğunu açıqlayıb.

Moskvada bu fikirdədirlər ki, Azərbaycana birillik icarə üçün ödənilən məbləğə Rusiya ərazisində iki belə stansiya tikmək olar. Qəbələ RLS-nin ciddi şəkildə modernizasiya olunması da kifayət qədər maliyyə xərci tələb edir. Rusiya mətbuatında Qəbələ RLS üçün icarə haqqının 7 milyondan 300 milyon dollara qədər qaldırılması söylənilir. Lakin hələlik, bu barədə son rəsmi rəqəmlər səslənməyib.
Ekspert Cəsur Sümərinli hesab edir ki, Rusiya tərəfi qiymətin artmaması üçün ortaya müxtəlif rəqəmlər atmaqla, əslində manipulyasiya edir. Onun fikrincə, Rusiyanın hazırda Qəbələ RLS üçün ödədiyi icarə haqqı olduqca aşağıdır, bu orta səviyyəli, modernizasiya olunmuş cəmi bir tankın qiymətinə bərabərdir: “7 milyona, hətta müasir qırıcı təyyarə belə almaq mümkün deyil, belə qırıcıların qiyməti 30-40 milyon dollardır”. 
Üstəlik, Rusiya Qazaxıstanda, Qara dənizdə olan hərbi obyektlər üçün xeyli pul ödəyir.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Rusiyanın Qəbələ RLS-dən əl çəkəcəyini real hesab etmir: “İnanmıram ki, Rusiya imtina etsin. Müqavilə müddətinin artıq başa çatma dövrünü nəzərə alıb yeni ssenarilər işə salırlar.
İndi isə ərazi cəhətdən stansiyalar üçün heç də əlverişli olmayan Ermənistanı gündəmə gətirdilər. Sanki, bununla Azərbaycanı qıcıqlandırmaq istəyirlər. Yəni, demək istəyirlər ki, Rusiya onsuz da hərbi baza cəhətindən Ermənistanda qurulub, indi hava hücumundan müdafiə sistemləri və informasiya mərkəzlərini də ora köçürə bilər.
Lakin bütün bunlar ona görə söylənir ki, Rusiya öz şərtlərini diktə etsin”.
Deputat Azərbaycan tərəfinin real qiymətlər hazırladığını deyir. Və bunun əsasında danışıqlar davam edir. Qəbələ RLS həqiqətən də Rusiya üçün maraqlı olmasaydı, aylarla bu istiqamətdə danışıqlar aparmazdı.
Z.Oruc hesab edir ki, Rusiya tezliklə bu barədə son qərarını verəcək: “Ola bilər ki, icarə haqqının hamısı pul ödəmələri ilə həyata keçirilməsin, bunun başqa formaları da tapıla bilər”.
Qeyd edək ki, bu ilin dekabrında qüvvədə olan icarə müqaviləsinin vaxtı bitir. Ötən ilin sonlarında isə müqavilənin 2025-ci ilədək uzadılması üçün birgə iş aparılırdı. Almatıda MDB ölkələri Müdafiə Nazirləri Şurasının 61-ci iclasından sonra xəbər yayıldı ki, Rusiya və Azərbaycan Müdafiə Nazirlikləri arasında bu məsələyə dair sazişi möhkəmləndirən sənədin qısa müddətdə imzalanmaya hazırlanması gözlənilir.
 
ARAYIŞ
Qəbələ RLS “Daryal” tipli radiolokasiya stansiyasıdır. SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. İstismara 1985-ci ildə verilib. Texniki parametrlərinə görə dünyada analoqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir.
İran, Türkiyə, Hindistan daxil olmaqla bütün Yaxın Şərqi, həmçinin, Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)