vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
15:19 | 20 noyabr 2016 | Bazar Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bylock ələ verdi

İki liderin mühafizəçiləri FETÖ-çu çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderlərinin mühafizəçiləri terror təşkilatı FETÖ-nun kommunikasiya proqramı Bylock istifadə etdikləri səbəbindən ifşa olunublar.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlunun yaxın mühafizə polislərindən biri olan İ.Ü. ilə MHP-nin başqanı Dövlət Bağçalının mühafizə qrupunda yer alan M.A. FETÖ-nun kommunikasiya proqramı Bylock istifadə etdikləri iddiasıyla aşkar olunub.

Daxili işlər Nazirliyi FETÖ ilə əlaqəli olduğu dəyərləndirilən Polis Baş İdarəsi nəzdində 12 min 801 polisi açığa alıb. Aparılan istintaqın ardından bu polislərdən 3 min 18-i vəzifəyə ekstradisiya edilib.

Vəzifələrinə ekstradisiya edilən bu polislərdən 2 min 200-nün, Fetullahçı Terror Təşkilatının (FETÖ) ifşa edilən kommunikasiya proqramı Bylock istifadə etdikləri müəyyən etdikdə yenidən araşdırma aparılıb.

Ankara Polis İdarəsi tərkibində aşkar olunan polislər arasında siyasi liderlərin mühafizəçisi olan 2 polis məmurunun da olduğu öyrənilib.