vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
22:56 | 19 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 1210 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejimi ilə mübarizə aparan ailə

Muradpurlar Təbriz Məhkəməsi önündə piket keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Aclıq aksiyasının 8-ci həftəsində həyati təhlükə yaşayan siyasi məhbus Murtaza Muradpurun ailə üzvləri, o cümlədən anası Məsumə Əmani və qardaşı Fərdin Muradpur bir qrup türk fəal ilə birlikdə Təbriz Məhkəməsi önündə piket keçirib.

Məsumə Əmani və Fərdin Muradpur öncədən sosial mediada məhkəmə qarşısında toplaşacaqlarına dair məlumat yayıb.

Muradpur ailəsi deyir ki, «Murtaza Muradpur İran İslam Respublikasının öz qanunlarının icrasının tələbi ilə aclıq aksiyası keçirir və başqa bir tələbi yoxdur. O, İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq olunmasını istəyir».

Bu gün dekabrın 15-də keçirilən piketdə Məsumə Əmani və Fərdin Muradpur məhkəmə məsulları ilə mübahisə etdiblər.

Xanım Əmani «yerinə oturmayacağını və axırınadək gedəcəyini» söyləyib.

Bu günlərdə Murtaza Muradpurdan əlavə iranlı siyasi fəal Arəş Sadıqi də aclıq aksiyasının 8-ci həftəsinə daxil olub.

Türk fəallar və Arəş Sadıqiyə dəstək verən siyasi fəallar iki məhbusa dəstək məqsədi ilə sosial mediada birgə onlayn kampaniyalar təşkil edirlər.