vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
22:10 | 9 dekabr 2016 | Cümə Məqaləyə 1376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Muradpur və Rəzəvi Təbriz zindanına qaytarılıb

Fars-molla rejimi köçürmə xərcini fəalların ailəsinə ödətdirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 4-də aclıq aksiyası keçirərkən Təbriz zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilən azərbaycanlı fəallar Murtaza Muradpur və Rəsul Rəzəvi, dekabrın 7-də yenidən Təbriz zindanına qaytarılıb.

Bu, siyasi məhbuslar aclıq aksiyalarını davam etdirdikdən və məhkəmə orqanlarına dəfələrlə müraciət etdikdən sonra mümkün olub.

Məlumata görə, məhkəmə fəalların Təbrizə qaytarılması ilə bağlı noyabrın 22-də hökm çıxarıb. Siyasi məhbusların Təbrizə qaytarılmasının xərci onların ailəsi tərəfindən ödənilib.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Onun haırda sağlıq durumunun kritik olduğu bildirilir.

M.Muradpurun ailəsi ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onun sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.