vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
22:01 | 9 dekabr 2016 | Cümə Məqaləyə 1126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

45 gündür aclıq aksiyası keçirən fəalın vəziyyəti kirtikdir

Urmiya Universitetində «Murtaza Muradpur azad olunmalıdır» şüarı səsləndirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ay yarımdır aclıq aksiyasında olan azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun sağlıq durumu kritikdir. Dekabrın 7-də aclıq aksiyasının 44-cü günündə Rəcayişəhr həbsxanasından Təbriz zindanına köçürülərkən fəaldan çəkilən şəkil onun olduqca zəiflədiyini, təxminən 20-25 kiloqram arıqladığını göstərir.

«Zindanın həkimi artıq qaraciyərimin yarısının sıradan çıxdığını, aclığım davam edərsə böyrəklərimin də sıradan çıxacağını bildirib. Həkimin sözlərinə görə, hər an ürəyim dayana bilər və ya komaya düşə bilərəm» - deyə azərbaycanlı siyasi məhbus öz ailə üzvləri ilə danışıqda bildirib.

Diqqətə çatdıraq ki, bu müddətdə siyasi məhbusun konstitusiyanın (anayasa) 134-cü maddəsinin icrası ilə bağlı tələbinə baxılmayıb, zindan və məhkəmə məsulları onun vəziyyətinə laqeyd yanaşıblar.

Deyilənlərə görə, səhhətinin ağır olmasına rəğmən siyasi məhbusda ruh yüksəkliyi hiss olunur, o, nəticəyə çatana qədər aclığa davam etdirəcəyini bildirib.

Bu arada dekabrın 7-də Urmiya Universitetində Öyrənci Günü münasibəti ilə tədbir keçirilib. Tədbirin cəsarətli aparıcısı çıxışı zamanı dövlətin populist siyasətlərini kəskin tənqid edib.

«Qadınların hicab məsələsi bizi o qədər də əndişələndirmir. Bizi əndişələndirən milli fəalların aclıq aksiyası, vəzifəli şəxslərin korrupsiyası və millətin ac yatması, həmçinin türk millətinin hüquqlarının tapdalanması məsələləridir»- deyə aparıcı vurğulayıb. Aparıcının sözləri arasında mərasimdə dəfələrlə «Murtaza Muradpur azad olunmalıdır», «Haray Haray mən türkəm» və s. kimi şüarlar səsləndirilib.

Tədbirin aparıcısı söhbətinin başqa hissəsində Urmiya gölü böhranı ilə bağlı prezident Həsən Ruhaninin siyasətini sərt tənqid edib.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir.