vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNEY  
10:51 | 30 dekabr 2016 | Cümə Məqaləyə 1152 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Murtaza Muradpur azadlıqda

65 günlük etiraz qələbə ilə yekunıaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı siyasi məhbus Murtaza Muradpurun azadlıq tələbi ilə keçirdiyi 65 günlük aclıq aksiyası və onun ailəsi ilə birgə milli-mədəni fəalların səyləri nəhayət nəticə verdi, o dekabrın 29-də sərbəst buraxıldı.

Bu, siyasi məhbusun aclıq aksiyasını dayandırdıqdan bir gün sonraya təsadüf edir.

Murtaza azadlığa buraxıldıqdan dərhal sonra Təbrizin şəhid Mədəni xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüb, hələlik onunla görüşmək mümkün deyil.Uzun müddətli aclıq nəticəsində təxminən 30 kiloqram çəki itirən Murtazanın bir çox orqanlarında ciddi problemlər yaranıb, son olaraq mədəsində qanaxma əmələ gəlmişdir.

Siyasi məhbus dekabrın 28-i aclıq aksiyasının 65-ci günündə anasının ona müraciətindən sonra aksiyanı dayandırıb. O, anasının istəyinə görə Azərbaycan adına aclıq aksiyasını dayandırırdığını elan etmişdir.

Murtazanın anası, onun aclıq aksiyasının 64-cü günündə səlahiyyətli orqanların məsələyə münasibəti və siyasi məhbusun son durumu haqda qısa səsli mesaj yaymışdır. O Murtazadan Azərbaycan adına aclıq aksiyasını dayandırmağı istəyəcəyini bildirmişdir.

Azərbaycanlı siyasi məhbus cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirirdi.