vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
15:30 | 16 mart 2017 | Cümə axşamı Məqaləyə 519 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə - Ukrayna - Azərbaycan formatı realdırmı?

Kiyev-Bakı və Kiyev-Ankara arasındakı münasibətlər Kremldə necə reaksiya doğura bilər?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev martın 13-də Kiyevdə Ukraynanın baş naziri Vladimir Qrosyman və digər ukraynalı nazirlərlə görüşdən sonra prezident Petro Poroşenko tərəfindən də qəbul olundu. Kiyevdəki görüşlərdə tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Şahin Mustafayevin Kiyevə səfərinin əsas nəticəsi Kiyevdə Azərbaycan Ticarət Evinin açılması barədə razılığın əldə olunmasıdır. Tərəflərin fikirincə, Ticarət Evinin açılışı ikitərəfli ticarəti stimullaşdıracaq və Ukraynaya Azərbaycan investisiyalarının cəlbini artıracaq. Şahin Mustafayev görüşlərdə qeyd edib ki, Azərbaycan Ukrayna ilə maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasına maraqlıdır. Nazir həmçinin kimya sənayesi, kənd təsərrüfatı və turizm sektorlarında dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Ümumiyyətlə Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında Ukraynanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 347 milyon dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 17,7 faiz çoxdur. Başqa müsbət nümunə: 2014-cü ildə Ukraynadan Azərbaycana və əks istiqamətdə cəmi 450 varonda mal daşınıbsa, 2016-cı ildə bu rəqəm 3 minə çatıb. Demək daşımada potensial hələ böyükdür.

Ukraynanın baş naziri Vladimir Qrosyman Şahin Mustafayevlə görüşdən sonra Türkiyəyə rəsmi səfərə getdi. Bu səfər də uğurlu oldu. Ukrayna ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə ölkələrarası səfərlərin həyata keçirilməsi qərarının verlməsi bu uğurun tərkib hissəsidir. Türkiyədə son illərdə dincələn ukraynalı turistlərin sayı 1 milyonu ötüb. Yeni razılaşma bu sayın daha da artmasına gətirib çıxaracaq. Eləcə də Türkiyə vətəndaşları rahat şəkildə Ukrayaya səfərlər edəcək, həm dincələcək, həm də işgüzar əlaqələr quracaqlar.

Kiyevlə Ankara arasında təmasların artması Ukrayna iqtisadiyyatı üçün xeyirlidir. Türkiyənin investisiya imkanları genişdir və Ankara yeni bazarlar axtarır. Ukrayna çox münbit bazardır və Avropaya çıxış imkanları var. Türkiyə Ukraynanın bank sektorundakı rolunu da artıra bilər. Bundan başqa iki ölkə arasında sərnişin təyyarəsi istehsal edən birgə müəssisənin yaradılması müzakirə predmetidir. Ukraynada böyük təyyarə zavodları var ki, istehsal zəifləyib və Türkiyə bu istehsala dəstək verə bilər. Türkiyə şirkətləri Ukrayna müəssisələrinin özəlləşdirilməsində də fəal iştirak edə bilərlər.

Kiyev-Bakı və Kiyev-Ankara arasındakı münasibətlər Kremldə necə reaksiya doğura bilər?

Kreml qonşu ölkələrin Ukrayna ilə münasibətlərini diqqətlə izləyir. Buna baxmayaraq, Türkiyənin və Azərbaycanın Ukrayna ilə münasibətlərini genişləndirməsi Ankaranın və Bakının Kremllə əlaqələrinə mənfi təsir etməyəcək. Çünki Ankara və Bakı Kiyevlə sıx əlaqələrdən Rusiyaya qarşı istifadə etmir. Məsələn, Azərbaycanın Ukrayna ilə ticarət həcmini artırması, ortaq layihələrə maraq göstərməsi, Dövlət Neft Şirkəti bu ölkədə yanacaqdoldurma məntəqələrinin sayını artırması sırf iqtisadi qazanc baxımından qiymətləndirilir. Rusiya Ukraynanın Mərkəzi Asiyaya çıxışını bağlayıb. Hazırda Ukrayna Qara dəniz, Gürcüstan və Azərbaycan dəmiryolları üzərindən Mərkəzi Asiyaya mal daşıyır. Yəni Azərbaycan bir növü Ukraynanı Rusiyanın iqtisadi mühasirəsindən qurtarıb. Bunda da siyasi məsələ yoxdur. Rəsmi Bakı Ukraynaya Azərbaycan ərazisindən mal daşımağa imkan verirsə, bu sırf iqtisadi amillərlə bağlıdır. İki dövlət arasındakı münasibətlərə üçüncü dövlət müdaxilə edə bilməz. Ona görə də həm Ankara, həm də Bakı Kiyevlə əlaqələrini genişləndirmək xəttini götürüblər və bu doğru siyasətdir. Bu hamı üçün faydalıdır. Hətta mümkündür ki, Şahin Mustafayevin Kiyevə, Vladimir Qrosymanın isə Ankaraya uğurlu səfərləri bölgədə yeni Türkiyə-Ukrayna-Azərbaycan formatının yaradılmasına yol açsın.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)