vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
12:15 | 19 may 2017 | Cümə Məqaləyə 1377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sabah xiyabanın adını dəyişdirsələr, ...»

Urmiyanın millət vəkili Şura Seçkiləri ilə bağlı xəbərdarlıq edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiyada PKK və Pejak terror qruplaşmalarının siyasi uzantısının Şura Seçkiləri və ardınca Bələdiyyə başqanının seçilməsi uğrunda apardıqları çirkin fəaliyyət yerli əhalini narahat edir.

Bu barədə Urmiyanın millət vəkili Ruhulla Həzrətpur da öz narahatlığını dilə gətirib.

O namizədlərinin birinin seçki qərargahında çıxış edərkən Urmiyə Şura Seçkiləri ilə bağlı ciddi xəbərdarlıq edərək əhalini bu məsələdə həssas olmağa çağırıb. «Biz hamımız bu məsələnin əhəmiyyətini dərk edib şəhərimizin taleyini özgələrə tapşırmamalıyıq. Sabah bir xiyabanın adını dəyişdirsələr, onun günahkarı biz olacağıq», - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın əzəli torpaqları olan Qərbi Azərbaycan Vilayəti kürd terror qruplaşmaları tərəfindən Şərqi Kürdistan adlandırılır, onlar İran rejiminin yardımı ilə bölgəni kürdləşdirməyə çalışır. Qruplaşmalar Qərbi Azərbaycanı kürdləşdirmək üçün terror aktları törətməkdən belə çəkinmirlər. Onlar seçkilərdə öz namizədlərini qalib etdirmək və dövlətin rəsmi orqanlarına daxil olmaqla kürdləşdirmə prosesini daha da sürətləndirib Qərbi Azərbaycan Vilayətini ələ keçirmək istəyirlər.