vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:35 | 30 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2071 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qotur qoyun ...»

Qazax politoloqu erməni xüsusi xidmət orqanları və Vahan Martirosyan haqda ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan-Azərbaycan Sülh Platforması, erməni xüsusi xidmət orqanlarının bu təşəbbüsü içəridən dağıtmaq üçün öz agentini onun rəhbərliyinə yerləşdirməsi üzə çıxandan sonra, çətin vəziyyətə düşüb.

Virtualaz.org-un məlumatına görə, ilin əvvəlində Sülh Platforması ideyasını dəstəkləmiş məşhur Qazaxıstanlı politoloq Zamir Karajanov biləndə ki, təşəbbüsün iştirakçıları arasında satqın var imiş, məyus olub. «Ancaq qotur qoyun sürünü korlamamalıdır, prosesi davam etdirmək lazımdır. Vəziyyət mürəkkəbdir və buna görə mən həqiqətən də satqınlığın ola biləcəyini istisna etmirəm. Əlbəttə, baş verənlərdən sonra indi etibar haqda danışmaq çətindir. Amma əllərimizi yanımıza salmaq da lazım deyil», - deyə virtualaz.org-a açıqlamasında Karajanov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi 25 ildən çoxdur davam edir və Azərbaycanla Ermənistan əhalisinin müəyyən hissəsinin mövqeyini əks etdirən bu sülh təşəbbüsü bizim regionda sabitlik və təhlükəsizliyin yeni bünövrəsinin qoyulması üçün ictimai razılıq - konsensus formalaşdıra bilərdi. «Mən ümid edirəm ki, baş verənlərə baxmayaraq, Platforma öz işini davam etdirəcək», - deyə Karajanov vurğulayıb.