vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
19:53 | 21 dekabr 2016 | Çərşənbə Məqaləyə 2233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sonsuzluğa qədər düşmənlik mümkün deyil»

Daha bir erm'ni Bakı deklarasiyasını dəstəklədi

Zaur RƏSULZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənilərlə azərbaycanlıların sülh şəraitində birgə yaşayışını nəinki mümkün, hətta zəruri hesab edirəm», - bunu virtualaz.org-a «Novosti-Qruziya» informasiya agentliyinin müxbiri. Milliyyətcə erməni olan Artyom Avakimov «Ermənistanla Azərbaycan arasında sülh üçün platforma»nı şərh edərkən bildirib.

Jurnalist əmin olduğunu deyib ki, erməni və azərbaycanlı xalqlarının yaxınlaşmasına xidmət edən istənilən təşəbbüs yalnız alqışlanmalıdır.

«Sonsuzluğa qədər düşmənlik etmək mümkün deyil. Bu problem nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır», - A.Avakimov şübhə etmir.

Xatırladaq ki. 2016-cı ilin noyabr ayında Azərbaycandan və Ermənistandan olan hüquq müdafiəçiləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüs olaraq «Ermənistanla Azərbaycan arasında sülh üçün platforma» yaradıblar. Bu Platforma münaqişənin tezliklə həllinə xidmət etməyə çalışan hər bir şəxs və təşkilat üçün açıq elan edilib.