vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
16:02 | 10 may 2016 | Çərşənbə axşamı Məqaləyə 1252 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dağlıq Qarabağ» adlı ölkə yoxdur!

«İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Heç bir ölkə Dağlıq Qarabağı tanımır». Bunu virtualaz.org-a ABŞ-ın Azərbaycandakı səfirliyindən Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıya bilməsi məsələsinə münasibət bildirərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir.

«Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri xoş məram göstərməyə və danışıqlar masası arxasına oturmağa çağırmaqda davam edirik», - deyə səfirlikdən vurğulayıblar.