ABŞ prezidenti Maykl Pens?
Belə rəy formalaşıb ki, o, öz saatını gözləməkdədir...
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ-da prezident Donald Trampın Rusiya ilə şübhəli əlaqələrinə dair qalmaqalın getdikcə dərinləşməsi, məsələni araşdırmaq üçün artıq xüsusi prokurorun təyin edilməsi onun hakimiyyətdən uzaqlaşdırılacağına dair gözləntiləri də artırıb.
Virtualaz.org xəbər verir ki, hər gün Tramp-Rusiya əlaqələrinə dair yeni ifşaedici məlumatlar mətbuata sızdırılır. Belə məlumatlardan biri Donald Trampın FTB direktoru Ceyms Komini məhz onu Rusiya məsələsinə görə sıxışdırdığı üçün işdən qovduğunu etiraf edən qeydidir. Özü də Tramp bu haqda bir başqasına yox, məhz rusiyalı diplomatlara danışıb.
«The New York Times» qəzetinin əldə etdiyi xidməti qeydlərə əsasən Tramp ötən həftə Ağ Evdə Rusiya xarici işlər naziri Sergey Lavrovu və Vaşinqtondakı Rusiya səfəri Sergey Kislyakı qəbul edərkən onlara FTB direktoru barədə şikayətlənib. Tramp deyib ki, Ceyms Komi ona Rusiyaya görə güclü təzyiqlər edirdi: «Mən FTB direktorunu sadəcə olaraq işdən azad etdim. O, dəlinin biri idi, real olaraq cadugər idi. Mən Rusiyaya görə böyük təzyiqlərlə üzləşdim. Artıq bu yoxdur. Mən özüm istintaq altında deyiləm».
Ağ Evin mətbuat katibi Şon Spayser xidməti qeydlə bağlı məsələni şərh edərkən deyib ki, Komi prezidentə Rusiyaya görə «əsassız təzyiqlər» göstəridi və onun Rusiya ilə İraq, Suriya, Ukrayna kimi kritik məsələlərdə dialoq aparmasına imkan vermirdi.
Lakin heç bir şübhə yoxdur ki, Trampın bu xidməti qeydi, onun Ceyms Komi haqda Lavrova şikayətlənməsi ABŞ prezidentinin düşdüyü bataqlığı daha da dərinləşdirəcək. Çünki o, FTB direktorunu qəfil işdən azad edəndə bunun Rusiya məsələsi ilə bağlı olmadığını, Hillari Klintonun xidməti elektron poçtundan istifadə ilə bağlı səhlənkarlığına görə onun barəsində təhqiqatı yarımçıq dayandırması səbəbindən və FTB-yə «effektiv rəhbərlik edə bilmədiyinə görə» işdən çıxarıldığını açıqlamışdı.
Digər xəbərə görə artıq Ağ Evin hüquqşünasları qapalı qaılar arxasında Trampa qarşı impiçment prosedurunun başladılması halında hansı taktika ilə hərəkət edəcəklərini müzakirə edirlər. Trampın hüquqşünasları impiçment prosedurunu araşdırırlar, hərçənd Konqresdə səs çoxluğu respublikaçıların tərəfində olduğundan hələlik impiçment ehtimalı yüksək deyil. Bununla bağlı sistemin Trampa qarşı təzyiqləri elə həddə çata bilər ki, o dözməyib impiçmenti gözləmədən prezident postunu təhvil verə bilər?
Bəs bu halda ABŞ prezidenti kim olacaq? Konstitusiyaya görə vitse-prezident Maykl Pens. «The New York Times» qəzetinin digər məqaləsində deyilir ki, Konqresdə demokratlar Trampa qarşı impiçment prosedurunun işə salınması barədə pıçıldaşdıqları bir vaxtda ictimaiyyətin gözünə az görünən, ciddi görkəmli Maykl Pens potensial prezident kimi gündəmə gəlməkdədir.
Lakin Maykl Pensin özü də istər-istəməz Rusiya qalmaqalına qarşıb. O, iki gün əvvəl Trampın keçmiş illi təhlükəsizlik müşaviri Maykl Flinin barəsində aparılan təhqiqatda könüllü şahid kimi ifadə verib. Maykl Pens Flinnin Trampın komandasında yer almazdan əvvəl onu barəsində təhqiqatın getdiyi barədə xəbərdar etməsi , lakin buna baxmayaraq müşavir təyin edildiyi məsələsi ilə bağlı izahat verib. Habelə Pens mümkün olduğu qədər Trampı müdafiə etməyə çalışır və bu zaman ziddiyətli bəyanatlar verməli olur. Buna baxmayaraq Trampın əleydarlarından bəziləri onu artıq potensial prezident kimi görməyə başlayıblar. Məlumatlara görə Maykl Pens onun adının potensial prezident kimi siyasi dairələrdə hallandırılmasından narazı deyil, belə xəbərləri sükutla qarşılayır. Və belə rəy formalaşır ki, o, öz saatını gözləməkdədir...