vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
16:51 | 27 sentyabr 2024 | Cümə Məqaləyə 385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kilsə tarixində ən yüksək məbləğ

Cinsi təcavüz qurbanlarına milyonlarla dollar təzminat ödənəcək

CAVİD

ABŞ-da cinsi qısnama iddialarına görə iflas elan edən Roma Katolik Kilsəsinə bağlı Nyu-Yorkdakı “Rockville” yeparxiyası, zərərçəkənlərə təxminən 323 milyon dollar ödəmək üçün məhkəmə ilə razılığa gəlib.

Nyu-York mərkəzli “Law360” saytının xəbərinə görə, Yeparxiyanın bəyanatına əsaslanaraq, iflas iddiasında 600-ə yaxın cinsi istismar qurbanına təzminat ödəmək üçün razılaşdırılmış məbləğin 234,8 milyon dolları kilsə tərəfindən qarşılanacaq. 85 milyon dolları sığorta şirkəti, 3 milyon dolları isə kilsəyə borcu olan qurumlar ödəyəcək.

***

Cinsi zorakılığın 100 qurbanını təmsil edən “Slater Schulman LLP” hüquq firmasından Adam Slater, razılaşdırılmış təzminat məbləğinin Nyu-Yorkdakı katolik kilsələri tarixində ödəniləcək ən yüksək məbləğ olduğunu bildirdi.

Müştərilərinin on illərdir “ədalətin yerini tapmasını” gözlədiklərini bildirən Slater, “Onlar adına bu razılaşmaya nail ola bildiyimiz üçün çox şadıq”, – deyib.

Slater, məhkəmə qərarının ABŞ-da davam edən oxşar işlərə nümunə olacağına ümid etdiyini söylədi.

***

Fəaliyyət bölgəsində 1,4 milyon Katolik Xristianına xidmət edən “Rockville” Katolik Yeparxiyası, ruhanilərinə qarşı yüzlərlə cinsi qısnama iddiası açıldıqdan sonra 2020-ci ildə iflas elan edilib.

2017-ci ildə Yeparxiya, əvvəlki illərdən yığılan cinsi qısnama iddialarını məhkəməyə getmədən bağlamaq üçün sui-istifadə qurbanları ilə razılığa gələcəyini açıqlayıb və Amerika mətbuatında on milyonlarla dolları ödədiyi bildirildi. Yeparxiya pulları “Müstəqil Kompensasiya Proqramı” adı altında zərərçəkənlərə verib.

“Rokvill” yeparxiyası ABŞ-da cinsi zorakılıq hallarının maliyyə yükü səbəbindən əvvəllər iflas elan etmiş onlarla Katolik Yeparxiyasının ən böyüyüdür.