vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
09:53 | 29 oktyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“10 əsgər göndərilib”

Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında rəsmi Pxenyanın Rusiyaya qoşun göndərməsi iddialarını dəyərləndirib.

Şimali Koreyanın Rusiyaya göndərdiyi əsgərlərin ölkənin qərbinə gəldiyinə dair xəbərlər aldıqlarını qeyd edən Sinq, ABŞ-ın bu vəziyyətdən “olduqca narahat olduğunu” bildirib: “Biz inanırıq ki, Şimali Koreya Rusiyanın şərqinə təlim keçmək üçün ümumilikdə 10 minə yaxın əsgər göndərib və bu əsgərlər yaxın bir neçə həftə ərzində Ukrayna yaxınlığındakı Rusiya qüvvələrini gücləndirəcək”.

Sözügedən əsgərlərin Rusiyanın Kursk bölgəsinə gəldiyini təsdiqləməkdən yayınan Sinq, “Onların Kurska doğru hərəkət etməsi mümkündür. Amma hələlik daha ətraflı məlumatım yoxdur”, ­– deyib.

***

Cənubi Koreya prezidenti Yun Suk Yol (Yoon Suk Yeol) Nazirlər Kabinetinin iclasında çıxış edərək, sözügedən hadisələri ölkəsinə təhlükə kimi qiymətləndirib: “Rusiya və Şimali Koreya arasında bu qeyri-qanuni hərbi əməkdaşlıq beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli təhlükəsizlik təhdididir”.

Hər kəsi ayıq-sayıq olmağa çağıran Yun, “Bütün imkanları hərtərəfli dəyərləndirməli və əks tədbirlər hazırlamalıyıq”, – deyib.

***

Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb.

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 25-də verdiyi açıqlamada Rusiyanın 27-28 oktyabr tarixlərində Şimali Koreya əsgərlərini ilk döyüş bölgələrinə yerləşdirəcəyini öyrəndiklərini açıqlayıb.

Eyni gün Ağ Evdən verilən açıqlamada Ukraynaya qarşı döyüşmək üçün 3 mindən çox əsgərin Rusiyaya gətirildiyi və bu əsgərlərin bir hissəsinin Kursk bölgəsinə yerləşdirildiyi açıqlanıb.