
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu Rusiyanın sərhəddən 700 km dərinliyində Tver vilayətində böyük bir rus arsenalında güclü partlayışlara səbəb olub.
Sosial şəbəkələrdə yayılan, lakin hələ “Reuters” tərəfindən təsdiqlənməmiş video və görüntülərdə alovların səmaya qalxdığı və gecə saatlarında partlayış səslərinin eşidildiyi göstərilir.
NASA peykləri bu gün səhər saatlarında bölgənin müxtəlif bölgələrində yanğınların başladığını göstərib, o cümlədən Avropadakı seysmologiya mərkəzləri bölgədə kiçik miqyaslı zəlzələlərin siqnallarını aldı. Məlumata görə, partlayışdan sonra ərazidə 2,8 bal gücündə zəlzələ təkanları qeydə alınıb.
Tver vilayətinin qubernatoru İqor Rudenya “Telegram” mesajlaşma kanalında yanğınsöndürmə briqadalarının alova nəzarət etməyə çalışdığını, lakin nəyin yandığını dəqiqləşdirmədiyini bildirib.
2018-ci ildə Rusiyanın dövlət xəbər agentliyi olan RİA-da dərc olunan hesabata görə, Rusiya Toropets şəhəri yaxınlığında böyük bir raket, sursat və partlayıcı arsenal qurub. Rusiya dövlət mediasında yer alan xəbərlər arsenalın adi silahlar üçün istifadə edildiyini nəzərdə tuturmuş.
KİV-in məlumatına görə, partlayışdan sonra sursat anbarının yaxınlığındakı yaşayış məntəqələri boşaldılıb. “Reuters”ə danışan Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə bildirib ki, Ukrayna PUA-larının hücumu nəticəsində raketlər, idarə olunan bombalar və artilleriya sursatlarının saxlandığı anbar məhv edilib.
Rəsminin sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Baş Raket Artilleriya İdarəsinə (QRAU) məxsus nəhəng sursat anbarında 30 min tona qədər müxtəlif mərmi və raketlər saxlanılırdı. Bu, müharibə başladıqdan bəri partladılan ən böyük sursat anbarıdır.
Rusiya ilə Ukrayna arasında iki il əvvəl işğal etdiyi müharibədə hər iki ölkə bir-birinə irimiqyaslı PUA hücumları həyata keçirir.