Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
22:52 | 25 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 560 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Trampın mövqeyində “U” dönüşü Zelenskini də təəccübləndi
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında dünya liderlərinə müraciət edib. Ukraynadakı müharibəni bitirmək üçün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxması lazım olduğunu bildirən Zelenski, “Rus işğalının ikinci və ya üçüncü mərhələsinə icazə verməməli və müharibənin bitdiyini açıq şəkildə bildirməliyik”, – deyib.
Ukraynasız ədalətli dünyanın olmayacağını bildirən Zelenski, "Ukraynadan 20 dəfə böyük olan Rusiyanın hələ də daha çox torpaq istədiyini görürük. Əslində bu, sadəcə dəlilikdir və bu dəlilik Rusiyanın qonşusunu məhv etmək istəyidir”, – deyib.
Zelenski 100-ə yaxın ölkə və beynəlxalq təşkilatın Ukraynanın təklif etdiyi Sülh Formulasını dəstəklədiyini xatırladıb və bu ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edib.
Şimali Amerika, Afrika və Asiya ölkələrinin Sülh Formulasında bir araya gəldiyini bildirən Zelenski, “Baş Assambleyaya xatırladıram ki, Sülh Sammitində iştirak edən bütün millətlər bərabərdir və bu xalqların qərarını əngəlləyən yoxdur”.
***
Zelenski deyib: “Təəssüf ki, müharibə və sülh məsələlərini BMT-də həqiqi və ədalətli şəkildə həll etmək mümkün deyil, çünki çox şey Təhlükəsizlik Şurasından və vetodan asılıdır. Təcavüzkar veto hüququndan istifadə etdikdə, BMT müharibəni dayandırmaqda acizdir. Lakin, Sülh Formula bunu edə bilər, çünki burada heç bir veto hüququ yoxdur. Bu, sülh üçün ən yaxşı fürsətdir”.
Heç kimin Sülh Formulasına veto qoymaq və ya ona mane olmaq hüququnun olmadığını, əsrlər boyu müstəqil olanlarla müstəqilliyini yenicə əldə edənlərin, şəxsən müharibələr yaşamışların və sülhə alışanların bərabər olduğunu vurğulayaraq , Zelenski buna nəzarət edə bilmədiyi üçün Sülh Formulasına ən çox Rusiyanın nifrət etdiyini söyləyib.
Zelenski BMT Baş Assambleyası çərçivəsində Hindistan, Qvatemala, Yaponiya, İtaliya, Türkiyə, Finlandiya, Kanada, Paraqvay, Sloveniya, Almaniya və digər ölkələrin liderləri ilə görüşdüyünü və bu görüşlərin davam edəcəyini bildirib: “Bunlar onlar dünyanın tamamilə fərqli bölgələri və fərqli siyasi strukturlardır. Lakin onlar “sülh zəruri və real olmalıdır, ədalətli dünya olmalıdır vahid anlayışında birləşiblər” , – deyib.
***
Ukrayna xalqı üçün həqiqi və ədalətli sülh istədiyini vurğulayan Zelenski, “Və mən sizdən, dünyanın bütün ölkələrindən dəstək istəyirəm. Biz dünyanı bölmürük. Mən də sizdən eynisini istəyirəm. Birləşən millətlər olun və bu bizə sülh gətirəcək”.
Ukraynadakı müharibəni bitirmək üçün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxması lazım olduğunu bildirən Zelenski, “Rus işğalının ikinci və ya üçüncü mərhələsinə icazə verməməli və müharibənin bitdiyini açıq şəkildə bildirməliyik”, – deuib.
Hər hansı alternativ sülh cəhdlərinin müharibəni bitirmək deyil, onu sakitləşdirmək cəhdləri olduğunu deyən Zelenski, Ukraynada hərbi əməliyyatların dondurulmasının daha çox ağrı və fəlakətə səbəb olacağını, alternativ sülh axtarışlarının isə müharibəni bitirməyəcəyini bildirib.
Zelenski qeyd edib ki, enerji obyektləri Ukraynanın nəzarətinə qaytarılmalı, hərbi əsirlər və mülki şəxslər Ukraynaya qaytarılmalı, işğalçı qüvvələr Ukrayna ərazisini tərk etməlidir.