Biz Yaxın Şərqə nə ilə qayıtdıq?
Region həyatımızda getdikcə daha çox yer tutur...
20:50 | 27 sentyabr 2024 | Cümə
Məqaləyə 2977 dəfə baxılıb
Şriftin ölçüsü
Region həyatımızda getdikcə daha çox yer tutur...
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
İsrail ordusu bu gün (sentyabrın 27-də) baş nazir Benyamin Netanyahunun “Hizbullah” terror təşkilatına qarşı hərbi əməliyyatların davam edəcəyini təsdiqlədiyi çıxışından bir neçə dəqiqə sonra, Livanın cənubundakı hədəflərə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb.
Ordu bəyanatında “Hazırda Beyrutun cənubunda “Hizbullah” terror təşkilatına aid hədəfləri vurduğunu”, – açıqlayıb.
AFP-nin verdiyi məlumata görə, Livanın Milli Xəbər Agentliyi İsrail döyüş təyyarələrinin “Hizbullah”ın qalalarından biri olan Beyrutun cənub ətrafına silsilə hücumlar həyata keçirdiyini və hücumların paytaxt və onun ətraflarında əks-səda verdiyini bildirib.
“Düşmən döyüş təyyarələri şəhərin cənubundakı məhəllələrə silsilə hücumlar həyata keçirib”, – rəsmi agentlik bildirib.
Jurnalistlər partlayışlardan qısa müddət sonra təcili yardım sirenlərinin eşidildiyini bildiriblər. Yerli media orqanları cənub ətraflarında müxtəlif yerlərdən yüksələn tüstü buludlarını əks etdirən canlı görüntüləri yayımlayaraq, hücumun görünməmiş miqyasını vurğulayıb.
Livandakı təhlükəsizlik mənbəsi İsrailin hücumlarının Beyrutun cənub ətrafına qarşıdurma başlayandan bəri ən böyük zərbə olduğunu deyib, “İsrail adətən yüksək səviyyəli (Hizbullah) məmurların olduğu ərazini bombalayır”.
Axios İsrail mənbəsinə istinadən bəyan edib ki, İsrailin Beyruta hücumu Həsən Nəsrullahı hədəf alıb. İsrail ordusu Beyrutun cənub ətraflarında “Hizbullah” terror təşkilatının qərargahına hücum etdiyini bildirib.
“Hizbullah”a yaxın mənbə verdiyi açıqlamada İsrailin Beyrutun cənub ətrafına etdiyi hücumlarda 6 binanın tamamilə dağıldığını və bu hücumların 2006-cı ilin yayında İsrailə qarşı başladığı müharibədən sonra terrorçuların qalasına edilən ən ağır hücum olduğunu bildirib.
Adının açıqlanmasını istəməyən mənbə, İsrail ordusunun “Hizbullah”ın cənub ətraflarında yerləşən “əsas qərargahını” hədəf aldığını söylədikdən qısa müddət sonra “Altı bina tamamilə dağıdılıb” dedi. Paytaxt və onun ətrafından güclü partlayış səsləri eşidilib.
***
Netanyahu BMT Baş Assambleyasındakı çıxışında deyib: “Nə qədər ki “Hizbullah” müharibə yolunu seçir, İsrailin seçimi yoxdur və İsrailin bu təhlükəni aradan qaldırmaq və vətəndaşlarımızı təhlükəsiz şəkildə evlərinə qaytarmaq hüququ var”. Netanyahu bildirib ki, Hizbullaha qarşı əməliyyatlar “məqsədlərimizə çatana qədər davam edəcək”.
Müdafiə naziri Yoav Qalant açıqlamasında "İsrailin yaxın və uzaq düşmənlərini" məğlub edəcəyinə söz verib.