NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heç başlamamalı idi”
Tramp Ukrayna ilə bağlı müharibəyə 24 saat ərzində son qoyacağına söz verib
-
Poroşenkonun oğlu ordudan gizlənir
Hərbi xidmətdən yayınan oğlu ilə gündəmə gələn eks-prezident haqqında başqa bir istintaq araşdırması da var
-
Britaniya parlamentində diplomatik insident
Rusiya səfirliyi işçiləri Lordlar palatasına soxulmağa cəhd edib
-
“Müstəqilliklərini itirə bilərlər”
Putinin müşaviri Ukrayna və Moldovanı təhdid etdi
-
Rusiya süqutda Əsədi günahlandırır
Lavrov Suriya kürdləri ilə görüşlərindəki müzakirələrin bəzilərini açıqlayıb
-
Blinken son erməni mərkəzli addımı
ABŞ-Ermənistan strateji tərəfdaşlığı barədə...
-
Ermənistan-ABŞ müqaviləsi Rusiyanı əsəbləşdirib
Ermənilərin təhlükəsizliyinə tək bir ölkə zəmanət verə bilər
-
Bir xalqın məhvini arzulamaq...
(Rusiya liderlərinin və rus xalqının düşüncə probleminin təhlükələri barədə yazı)
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
Alman ordusu Rusiyanın yaxın on il ərzində NATO ölkəsinə hücum edəcəyi barədə xəbərdarlıq etdikdən sonra alyans III Dünya Müharibəsinə hazırlığa başladı. NATO-nun yüksək səviyyəli komandiri kütləvi evakuasiya və xilasetmə planları hazırladıqlarını açıqlayıb. Digər tərəfdən, NATO-nun hazırladığı planlara fövqəladə halların da daxil olduğu bildirilib ki, bu da qoşunların İtaliya, Yunanıstan və Türkiyədəki dəhlizlər vasitəsilə Balkanlara, yaxud Skandinaviyadan keçməklə Rusiyanın şimal sərhədinə doğru irəliləyəcək.
Alman ordusu yaxın on il ərzində işğalın baş verə biləcəyi barədə xəbərdarlıq edərkən, NATO Rusiya ilə mümkün III Dünya Müharibəsi ssenarisinə qarşı hazırlıqlarını artırdı.
NATO-nun yüksək rütbəli komandiri general-leytenant Aleksandr Solfrank müharibə vəziyyətində kütləvi evakuasiya və xilasetmə planları hazırladığını açıqlayıb.
***
“Daily Mail”də yer alan xəbərə görə, NATO-nun logistika komandanlığının rəhbəri general-leytenant Sollfrank, bölmənin çoxlu sayda yaralı əsgəri cəbhədən çıxarmaq üçün əməliyyat qabiliyyətinə sahib olmaq üçün çalışdığını təsdiqləyib.
Alman generalı xəbərdarlıq edib ki, müttəfiqlərin Əfqanıstan və İraqdakı təcrübələrindən fərqli olaraq, NATO Rusiya ilə hərtərəfli müharibədə geniş döyüş meydanında ağır itki verə bilər.
Alman ordusunun Rusiyanın 2029-cu ildə bir NATO ölkəsinə hücum etməsinin gözlənildiyi xəbərdarlığından sonra açıqlama verən Sollfrank, Rusiya ilə qarşıdurma olacağı təqdirdə yaralı əsgərlərin son illərdəki digər müharibələrlə müqayisədə daha uzun məsafələrə daşınmalı olacağını bildirib.
Yaralıların daşınması üçün geniş miqyaslı dəmir yolu və yol evakuasiya vasitələri şəbəkəsinin yerləşdirilməsinə ehtiyac olduğunu bildirən Sollfrank, təyyarələrdən daha çox yaralı insanı daşıya bilən qatarlara ehtiyac duyulacağını bildirdi.
***
NATO Soyuq müharibədən bəri ən böyük hərbi təlim keçirib. 30-dan çox müttəfiq və tərəfdaş ölkədən təqribən 90 min əsgər “Sabit Müdafiəçi 2024” təliminə qatılaraq quru, hava, dəniz və kiber münaqişə zonalarında birgə hərəkət etmək bacarıqlarını sınayıb.
NATO həmçinin Ukraynada müharibənin qərbə doğru sürüşməsi ehtimalını aradan qaldırmaq üçün yeni “quru dəhlizləri” üçün planlar hazırlayıb ki, bu da ABŞ qoşunlarının cəbhə xəttində yerləşdirilməsinə və yerli bürokratik maneələr olmadan NATO qoşunlarının sürətlə Avropaya yerləşdirilməsinə imkan verəcək.
“The Telegraph”a danışan rəsmilər bildiriblər ki, planlar Rusiyanın hücumu halında İtaliya, Yunanıstan və Türkiyədəki dəhlizlər vasitəsilə qoşunların Balkanlara və ya Skandinaviya vasitəsilə Rusiyanın şimal sərhədinə doğru irəliləməsinə imkan verəcək ehtiyat tədbirləri nəzərdə tutur.
***
Avropanın bir çox ölkəsinin son iki ildə silahlanma kampaniyalarına başladığı, müdafiə xərclərini artırdığı və hərbi potensialını gücləndirdiyi bildirilir.
***
Analitiklər Rusiyanın NATO ilə böyük müharibəyə girmək niyyətində olmadığını düşünsələr də, norveçli general Eirik Kristoffersen Rusiyanın bir neçə il ərzində Avropa ilə qarşıdurma qabiliyyətinə çata biləcəyini bildirib.
Təqaüddə olan İngilis general Patric Sander Kristoffersen ilə həmfikirdi və İngiltərənin uzunmüddətli qarşıdurmanı davam etdirməyə qadir olmadığını vurğulayaraq, “Əhəmiyyətli addımlar atılmasa, bu vəziyyətin daha da ehtimalı artacaq”, – deyib.