Kremlin Orta Asiya əndişəsi
Rusiya daha bir MDB respublikasına «İsgəndər» raketləri yetirdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Rusiya Tacikistandakı 201-ci hərbi bazasına əlavə hərbi qüvvələr yerləşdirib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın Mərkəz hərbi dairəsinin komandanı, general-polkovnik Vladimir Zarudnitski jurnalistlərə bildirib. Onun sözlərinə görə hərbi bazaya «Uraqan» reaktiv yaylım atəşi sistemləri ilə təchiz edilmiş diviziyon yerləşdirilib. Eyni zamanda bu postsovet respublikasına ilk dəfə «İsgəndər-M» operativ-taktiki raketləri çatdırılıb.
Bu raket sistemləri «Düşənbə-Antiterror-2017» hərbi təlimlərində iştirak edəcək. Manevrlər mayın 30-da başlayacaq, Rusiya raketçiləri dağlarda yerləşən şərti hədəflərə atəş açacaqlar.
Generalın bildirdiyinə görə habelə Düşənbə ətrafındakı Ayni aerodromuna Su-24M bombardmançıları yerləşdirilib. Bu aviaqruplaşma da birgə təlimlərə qatılacaq.
220 millimetrlik «Uraqan» raket sistemləri canlı qüvvəni və zirehsiz texnikanı məhv etmək üçündür. Sistemin bir yaylım atəşi 35 kilometr məsafədə 29 hektara qədər ərazini əhatə edir. Döyüş maşınında 16 raket istiqamətləndiricisi var. «İsgəndər-M» isə 500 kilometr mənzilli taktiki raket kompleksidir. Nüvə başlığı daşıya bilir. Bundan əvvəl Rusiya həmin raketləri Kalininqradda yerləşdirib. Habelə Ermənistana bir diviziyonu silahlandırmağa bəs edəcək qədər «İsgəndər» kompleksləri verib.
Rusiyanın Tacikistandakı həbi bazasında 6 minə qədər hərbçi xidmət edir. Razılaşmaya görə hərbi baza Tacikistanda azı 2042-ci ilə qədər qalacaq.