22:51 | 25 may 2017 | Cümə axşamı
Məqaləyə 1988 dəfə baxılıb
Şriftin ölçüsü
Lenin Ekvadorun prezidenti oldu
Moreno da mərhum adaşı kimi sosialistdir
Ekvadorda sosialist Lenin Moreno prezident kimi and içərək vəzifəsinə başlayıb. Sabiq vitse-prezident Mereno seçkilərin ikinci turunda qələbə əldə edib.
64 yaşlı prezident andicmə mərasimindən sonra hər kəsin prezidenti olduğunu və hər kəsə ehtiramla yanaşdığını deyib.
O, gələn 4 il ərzində azgəlirli ailələri sosial proqramlar, pulsuz səhiyyə xidməti, ev və təhsillə təmin etməklə yoxsulluqla mübarizə aparacağına vəd verib.
Moreno bildirib ki, yoxsulluq həddi altında yaşayanlar subsidiya alacaqlar.