«Tehran ətrafında halqa artıq yaradılıb»
Əsəd rejiminə dəstək davam edərsə, İrana qarşı əməliyyatların olacağı istisna deyil
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Yenidən cəhd edəcəklər”
Tramp: “İrandan böyük təhdidlər alıram”
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-İran münasibətləri gərginləşmək xətti götürüb. Mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən «Ərəb-İslam-Amerika» sammiti hələ də dünya gündəminin əsas hadisələrindən biri olaraq müzakirə olunur və bir sıra ekspertlər hesab edir ki, bu sammit ABŞ-ın İrana qarşı planlarını həyata keçirmək istiqamətində atdığı ciddi addımlardandır. ABŞ prezidentinin Ər-Riyada gəlməsi, Kral Salmanla 350 milyard dollar dəyərində anlaşma, yeni hərbi koalisiyanın yaranması haqda razılaşma da İrana hədəflənmiş addım kimi şərh edilir. Bildirilir ki, Yaxın Şərqdə yeni hərbi blokun qurulması və onun döyüşən hərbi gücünün yaradılması yeni savaş deməkdir. Bu isə onsuz da ağır, yorucu terror müharibələrinin davam etdiyi bölgə üçün ağır və ümidsiz gələcək vəd edir.
Bəs ABŞ-ın son zamanlar atdığı bir sıra addımlar İran ətrafında halqa yaratmaqdırmı? Hesab etmək olarmı ki, ABŞ İranı həm də müsəlman dövlətlərinin vasitəsilə sanki mühasirəyə alır? ABŞ-ın İrana hərbi hücum planı varsa belə, bu, avantüra sayılmalıdırmı? Belə bir avantüra bölgəyə nə vəd edər?
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirdi ki, son 30 ildə İran məsələsində ABŞ prezidentlərinin siyasəti demək olar eyni olub, ciddi fərqlənməyib: «Yəni münasibətlər həmişə gərgin olub. Sadəcə, müəyyən zamanlarda bu gərginlik açıq şəkildə üzə çıxıb. İranla bağlı Donald Trampın atacağı addımlar, verəcəyi qərarlar bu məsələ ilə bağlı illərlə formalaşan cizgidən kənara çıxmayacaq. İran dünyada ən zəngin neft ehtiyatı olan dövlətlərdən biridir və yerləşdiyi coğrafiya xüsusi əhəmiyyətə malikdir. Bununla belə, İran özünə qarşı olan basqıları həmişə özü stimullaşdırıb və özünü pis vəziyyətə qoyub, ABŞ timsalında düşmən obrazı formalaşdırıb. Yaxın Şərq məsələsində tutduğu mövqe, Suriyada Əsəd rejiminə verdiyi hərbi və siyasi dəstək davam edərsə, İrana qarşı əməliyyatların olacağı istisna deyil. Bunun adını nə qoyurlarsa-qoysunlar, hətta avantüra da desələr, bunun baş verəcəyi halda məqsədə çatmaq üçün sona qədər gediləcək. Qaliblər isə mühakimə olunmur. Bu aksiyanın həyata keçirilməsinə hüquqi bazanı İran özü illərdi ki, formalaşdırır. Ermənistan və Rusiya xarici qonşuları ilə olan soyuq münasibətləri, onlarla zaman-zaman yaşadığı problemlər üzündən İran ətrafında həlqə demək olar ki artıq yaradılıb. Yəni bir hadisə baş verəcəyi halda ən azından qonşu dövlətlərin seyrçi mövqeyi ortada ola bilər. Həmçinin İsrailin rolunu, ABŞ siyasətinə təsirini da unutmaq olmaz. İsrail dövləti həmişə İran tərəfindən təhdid olunub. Obamanın prezidentlik dönəminin son illərində İrana qarşı sanksiyaların böyük bir hissəsi qaldırıldı. Çox güman ki, həmin zamanlar tərəflər danışıqlar zamanı ortaq bir nöqtəyə gəlmişdilər. Amma artıq görünür ki, razılaşmalar pozulub və münasibətlər əvvəlkindən də kəskinləşib. Bölgədə isə onsuz da qeyri-sabit vəziyyət illərdir ki, sürür».
Ekspertin sözlərinə görə, belə görünür ki, Yaxın Şərqdə sabitliyin qurulması hələ uzun zaman alacaq. Amma İran istəsə, müəyyən güzəştlərə getməklə, bəzi ambisiyalarından çəkilməklə bu problemlərdən yayına bilər.