Gözlənilməz addım
ABŞ-ın Paris razılaşmasından çıxması qlobal ekoloji dəyişikliklərlə mübarizəyə zərbə kimi qiymətləndirilir
Günel AZADƏ, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ prezidenti Donald Tramp 2015-ci ilin dekabrında dünyanın 194 ölkəsi tərəfindən imzalanan İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib. Cənab Tramp bu sazişi ABŞ-ı axsatmaq, əlverişsiz vəziyyətə salmaq və tükətmək məqsədi daşıyan sövdələşmə kimi səciyyələndirib. Bunu keçirdiyi mətbuat konfransı zamanı qeyd deyib. O, həmçinin bildirib ki, Amerika biznesi, işçiləri, insanları və vergi ödəyiciləri üçün ədalətli şərtlər əsasında yenidən ya Paris sazişinə, ya da tamamilə başqa bir sövdələşməyə daxil olmaq üzrə danışıqlara başlayıblar. Prezident özü ABŞ-ın nə zaman sövdələşmədən çıxacağı barədə dəqiq tarix verməsə də, Ağ Evdən verilən məlumata görə, bu proses dörd ilədək vaxt apara bilər.
D.Trampın bu qərarına reaksiyalar birmənalı olmayıb. Vaxtilə Paris sövdələşməsinə razılıq vermiş keçmiş ABŞ prezidenti Barak Obama onun bu addımını tənqid edib və Tramp administrasiyasını «gələcəyi rədd etməkdə» ittiham edib. Respublikaçılar Partiyasının və ABŞ kömür sənayesinin liderləri prezidentin qərarını dəstəkləyib. Fransa, Almaniya və İtaliya liderləri isə müqaviləyə yenidən baxılmasını rədd edən birgə bəyanat yayıb. BMT-nin sözçüsü deyib ki, qərar «istixana qazlarının atmosferə atılmasının azaldılması və qlobal təhlükəsizliyin təşviqinə görə qlobal səylər üçün böyük məyusluqdur».
Bu qərarın mahiyyətini, bundan sonra həm Amerika, həm də dünya ölkələri üçün hansı qlobal nəticələrin ola biləcəyini öyrənməyə çalışdıq.
Ekspertlərin fikrincə, Paris anlaşmasının ləğv edilməsinin fəlsəfəsi ənənəvi faydalı qazıntılardan, onların əhəmiyyətinin tam öləcəyi zamana qədər maksimal qazanc götürməkdir. Bu isə o deməkdir ki, yaxın illərdə neft-qazın dünya bazarında qiyməti enəcək, neft-qazdan asılı, effektiv idarəçilik sistemi olmayan ölkələrin «qara günləri» davam edəcək, qiymətlərin artacağına bəslənilən ümidlər özünü doğrultmayacaq.
Ekspert Rəşad Hüseynov bu addımın neft istehsalı ilə məşğul olan ölkələrin narahatlığından da uzağa gedən fəsadlar törədə biləcəyini hesab edir: «ABŞ kimi ölkənin qlobal anlaşmadan qısa müddət sonra çıxması çoxtərəfli diplomatiyaya ciddi zərbə vurdu. Bilirik ki, Tramp digər qlobal anlaşmaları da sual altına qoyur və onları yenidən nəzərdən keçirəcəyini deyir. Beləliklə, bu cür qərarların davamı istisna deyil. Həmçinin Tramp bu qərarı ilə Qərbi Avropa ölkələrinin ABŞ-ın etibarlı tərəfdaş olmasına dair şübhələrini daha da artırdı. Bununla, Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin bir qədər də soyuyacağını görə bilərik. Mənə maraqlıdır ki, Trampın proteksionizm siyasətinə Avropa İttifaqı nə ilə cavab verəcək. Bir sözlə, çox maraqlı və eyni zamanda təhlükəli dönəmə giririk».
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bu addımı yüksək qiymətləndirdiyini dedi: «Bilirsiniz qlobal istiləşmə termini ümumiyyətlə dünyada yoxdur. İyirmi birinci əsr pul əsridir. Bu, əslində biznesmenlərin qurduğu oyundur. Əllərində meteroloji, geofiziki silahlar var, istədikləri yeri isidib, istədikləri yeri soyudurlar. Kommersantlar ona görə bu oyunu oynayırlar ki, pul qazansınlar. D.Tramp özü də biznesmen olduğu üçün onların bu oyununu bilərəkdən pozur. O, Amerika xalqının taleyi haqqında düşünərək bu addımı atıb».
Ekologiya Standartlarının Monitorinqi Fondunun prezidenti, professor Rauf Sultanov deyir ki, iqlim dəyişiklikləri böyük problemlər yaradır. Və bu problemlərin yaranmasına səbəb isə antodogen amillərdir: «Bunları aradan qaldırmaq üçün qlobal miqyasda işlər görülməlidir. Ona görə də bu dövlətlər birləşərək iqlim dəyişiklikləri ilə əlaqədar müəyyən sazişlər imzalayırlar. Məsələn, Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Rio de-Janeyra şəhərində keçirilən «Ətraf mühitin inkişafı» konfransında iqlim dəyişmələri üzrə çərçivə konvensiyasını imzalamışdır. Atmosferin çirklənməsi, qlobal istiləşmənin baş verməsi kimi iqlim problemləri yalnız bir ölkənin, bir qitənin deyil, bütün bəşəriyyətin problemidir. Və bu dövlətlər də birləşərək buna qarşı müəyyən tədbirlər həyata keçirmək istəyirlər. Dünya miqyasındakı statistik məlumatlara əsasən, atmosferin çirklənməsində ən böyük rolu Amerika oynayır. Bu sazişdə ABŞ ən böyük donor təşkilat idi. Onun bu sazişdən çıxması böyük zərbə olacaq. Amerika kimi Çinin də bu sazişdən imtina etməsi digər Avropa ölkələrinin də məsələyə istər-istəməz laqeydləşməsinə səbəb olacaq. Bu, qlobal bir məsələdir. Bəzi inkişaf etmiş ölkələrin bu sazişi imzalamaması iqlim dəyişmələri ilə əlaqədar gələcəkdə müəyyən problemlərin yaranmasına zəmin yaradır».