Buz adamı Otzini kim öldürüb?
5300 ildir açılmayan cinayət
MÖVZU İLƏ ƏLAQƏLİ
Otzi İtaliyanın şimalındakı Alp dağlarının zirvəsində bundan 5300 il əvvəl kürəyindən oxla vurulub. Oxun arterial damara dəyməsi nəticəsində Otzi böyük ehtimalla bir neçə dəqiqə ərzində çoxlu qan itirməsindən ölüb. Bədəni buzlaqların altında qalaraq donan adam dünyanın ən qədim və ən yaxşı qorunub saxlanan mumiyalarından biri olaraq tarixə düşüb.
Otzi ilk dəfə 1991-ci ildə kəşf edilib. Alimlər 10 il sonra isə onun çiyninə saplanmış daş oxun başını tapdılar.
Ancaq tədqiqatçılar bir neçə ay əvvəl yüksək səviyyəli bir dedektivin apardığı istintaq nəticəsində Otzinin necə vurulması sualının üzərində düşünməyə başladılar.
Bu bir cinayət hadisəsidir? Otzini kim öldürə bilərdi?
Otzinin bədənin nümayiş etdirildiyi Cənubi Tirol Arxeoloji Muzeyinin direktoru Angelika Fleckinger Münxen Polis Departamentindən detektiv Aleksandr Hornu (Alexander Horn) istintaq aparmaq üçün çağırıb.
Horna daha əvvəllər açılmayan cinayətlərlə məşğul olub-olmadığı soruşulub.
«Daha əvvəllər məşğul olduğum açılmamış cinayətlər 20 illik, 30 illik cinayətlər olub. Bu dəfə isə 5300 illik bir cinayət işini araşdırmağımı istəyirdilər».
Dedektiv Horn ilk əvvəl cəsədin pis vəziyyətdə olduğunu düşündü. Ancaq Otzinin cəsədi dedektivin o günlərdə üzərində işlədiyi ölü bədənlərdən daha yaxşı vəziyyətdə idi.
Hadisə baş verən yeri ziyarət edən Horn meyit üzərində 25 ildir davam edən araşdırmayı daha da dərinləşdirərək yaraları və mədəni də araşdırıb. Araşdırmanın nəticələri Hornun nəzəriyyəsini dəstəkləyirdi.
«Bu həddən artıq bir cinayətə bənzəyirdi » deyən Horn sözlərinə belə davam edir: «Otzi böyük ehtimalla təqribən 30 metrlik məsafədən vuruldu. Yəni ki bu, yaxın təmasdan həyata keçiriliən cinayət deyildi».
Otzinin əlindəki bıçaq yarası
Horn Otzinin vurulmadan əvvəl buzlaqların üstündə hər şeydən xəbərsiz istirahət etdiyini və oxuyla davranamadığını təxmin edir.
Horn «Otzi ağır bir yemək yeyirdi, yayınmaq istədiyi bir şey və ya tələsən yeri yox idi», deyir.
Diqqəti çəkən başqa bir dəlil isə Otzinin ölümündən iki gün əvvəl aldığı yara idi. Otzi böyük ehtimalla bir davada iştirak etmişdi.
Bu yara aktiv bir müdafiə yarasına bənzəyirdi.
Məsələn, biri sizi bıçaqlamağa çalışan zaman bıçağı tutaraq itələmək istədiyinizdə aldığınız yara kimi.
Otzi-nin başqa yarası olmadığı üçün onun döyüşdən qalib çıxdığı təxmin edilir.
Horn və onun komandası buzlaqların üstündəki davanın iki gün əvvəl baş verən davanın davamı olduğunu, qatilin Otzi-yi Alplara qədər təqib edib vurduğunu təxmin edir.
Lakin qatil Otzi-yə məxsus mis baltasını və başqa digər dəyərli alətini oğurlamayıb
Nifrət, qısqanclıq, yoxsa intiqam?
Hornun fikrincə bu bir şəxsi məsələydi.
İtalyan dedektiv «Burda məsələnin nifrət, qısqanclıq, yoxsa intiqam olduğunu sizə deyə bilmərik», deyir.
Arxeoloji muzeyin direktoru Angelika Fleckinger Otzi-nin ölümüylə bağlı sirr pərdəsinin aralanmasında əldə etdiklər nöqtədən razıdır.
Horn isə «Cinayəti aça bilmədiyimiz həqiqətiylə razılaşa bilmirəm», deyir.
Bu cinayətin nə zamansa açıla biləcəyinə ümidi az olan Horn qüssəli bir təbəssümlə «Qatil cəzasız qaldı. Bu da istintaq zamanı xoşlamadığım bir şeydir», deyə söyləyib.