vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
22:34 | 13 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1977 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampı məhkəməyə verirlər

Ağ Ev isə iddiaları siyasi motivli hesab edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, Meriland (Maryland) və Kolumbiya (Columbia) sahəsinin rəsmiləri prezident Donald Trampın məhkəməyə cəlb edilməsi üçün federal iddia qaldırıblar. Onlar Trampı özünün qlobal biznes imperiyasını əldən buraxmamaqla Konstitusiyanı pozmaqda ittiham edirlər.

Rəsmilər bildirirlər ki, prezidentin hərəkəti Konstitusiyanın «bəxşişlər» barədə maddəsini pozur. Bu maddə prezidentə vəzifə başında olduğu müddətdə xarici hökumətlərdən hər hansı hədiyyələri qəbul etməyi qadağan edir.

Konstitusiya tarixçiləri bu iddianı misilsiz adlandırıblar, Ağ Ev isə heç bir pozuntunun baş vermədiyində israr edir.

Şikayət ərizəsində deyilir: «Prezident Trampın biznes imperiyasındakı maraqlarını saxlaması onu çox sayda xarici və daxili fiqurlarla əlaqəyə bulaşdırır və bu da Konstitusiyanı pozaraq qanunun aliliyini və siyasi sistemimizi şübhə altına alır».

Məqalədə deyilir ki, hakimin bu mühakiməyə başlanmasına icazə verdiyi təqdirdə cənab Trampın uzun müddətdir gizlədilən vergi sənədlərinin açıqlanması icbari olacaq.

Bu iş barədə məlumat verən Meriland baş prokuroru Brayn Froş (Brian Frosh) deyib ki, liderlər öz biznes maraqlarına yox, xalqa xidmət etməlidirlər.

Şikayətçilər diqqəti vəzifəli əcnəbi qonaqların Trampın hotellərində qalmasını və bununla da Trampa maliyyə mənfəəti verdiklərinə çəkirlər.

Adı çəkilən obyektlərdən biri də Vaşinqtonda təzəcə açılmış «Trump International Hotel» mehmanxanasıdır.

Amerika Konstitusiya Cəmiyyətinin prezidenti Karolin Fredrikson (Caroline Fredrickson) ABŞ prezidentinin bəxşişlər haqqında maddəni pozmasına görə məhkəməyə verilməsini misli görünməmiş hadisə adlandırıb.

Ağ Evin sözçüsü Şon Spayser (Sean Spicer) deyib ki, iddialar siyasi motivlidir və prezidentin vəkilləri ərizənin rədd edilməsi üçün müraciət hazırlayırlar.