vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
13:33 | 23 iyun 2017 | Cümə Məqaləyə 1254 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kasıbdan nazir olmaz»

Tramp: «Mən məsuliyyətli vəzifələrdə yoxsul adam istəmirəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» qəzetinin Vaşinqton müxbiri Nik Allen (Nick Allen) sanki elə varlı-kasıb söhbətini daha yüksək səviyyədə davam etdirir.

Amma onun məqaləsində söhbət dünyanın bir nömrəli prezidentindən, Donald Trampdan gedir.

Tramp deyib ki, o, Amerika iqtisadiyyatını yoxsul adamlara etibar edə bilməz və ona görə də öz hökumətinin kabinetində yalnız dövlətliləri görür.

Iowa ştatındakı dəbdəbəli villasında Tramp deyib: «Mən bütün adamları sevirəm, varlı ya kasıb, amma mən məsuliyyətli vəzifələrdə yoxsul adam istəmirəm. Başa düşürsünüz? Əgər üz vurursunuzsa, kasıba da vəzifə verim, amma mən düşünmürəm ki, bu, çox ağıllı bir iş olardı…»

Özü də milyarder olan prezident Qoldman Saçln (Goldman Sachs) keçmiş prezidenti Qeyri Kona (Gary Cohn) baş iqtisad müşaviri, milyarder investor «Wilbur Ross»a ticarət naziri vəzifəsini verməsini «ağıllı» qərar adlandırıb.

Tramp Qoldman Saçın keçmiş icraçı direktoru Stiven Mnüxini (Steven Mnuchin) maliyyə naziri, «Chicago Cubs» beysbol komandasının sahıbı Tod Rikettsi (Todd Ricketts) ticarət nazirinin müavini və milyarder Betsi Devosu (Betsy DeVos) təhsil naziri təyin edib.

«Mən onlardan pul istəmirəm. Elə onların özləri də pul itirirlər. Lap çox itirirlər», - deyib Tramp.