vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
19:56 | 27 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2792 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Petya» Rusiya və Ukraynaya «dağ» çəkdi

Onlarla idarənin kompüterləri virusa yoluxub

MÖVZU İLƏ ƏLAQƏLİ

Onlarla Rusiya və Ukrayna şirkəti virus hücumuna məruz qaldıqlarını bildirirlər. Onlar arasında Rusiyanın «Rosneft» və «Başneft» şirkətləri, Ukrayna nazirlikləri və bankları var. «Kaspersky Lab» internet şirkətində hesab edirlər ki, yeni hücumda «Petya» virusundan istifadə olunub.

Məlumata görə bu proqram kompüter diskini şifrələyir və onun açılması üçün pul tələb edir.

Ukraynanın baş nazirinin müavini Pavel Fedenko virusun müxtəlif nazirliklər şəbəkəsilə yayıldığını bildirib.

Lakin Ukraynanın baş naziri Vladimir Qroysman mühüm infrastrukturların virusun təsirinə məruz qalmadığını bildirib. O, deyib ki, haker həmləsinin qarşısı alınacaq.

«Rosneft» şirkəti hadisə ilə bağlı prokurorluğa müraciət etdiyini bildirib.

Şirkətin nümayəndəsi kiberhücumun baş verdiyini təsdiqləsə də, onun təfərrüatlarına varmayıb.

May ayında «WannaCry» virusu vasitəsilə 140 ölkədə 200 min kompüter üzərinə hücum həyata keçirilmişdi. Kompüteri şifrələyən virus diskin açılması üçün 300 dollar dəyərində «bitcoin» ilə ödəniş tələb edirdi.

O vaxt hücuma Rusiya Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Səhiyyə Nazirliyi ilə yanaşı bır sıra şirkətlərin şəbəkələri məruz qalmışdı.

Hücumun mənbəyi müəyyən edilməmişdi.

Lakin ABŞ-ın «Flashpoint» şirkətinin araşdırmasına əsasən həmlədə çindilli hakerlərin əli ola bilərdi. Onlar belə nəticəyə virusa yoluxmuş kompüterlərdə peyda olan ödəniş tələblərinin təhlili nəticəsində gəliblər.