vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
18:26 | 13 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2241 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məmurlara çip yerləşdirilir

Yorğunluq, yuxusuzluq və həyəcan hisslərindən şikayət halları artıb

ABŞ-ın Vayominq ştatının administrasiyası əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Virtualaz.org azvision.az-a istinadən bildirir ki, ştatın Hanna dairəsində dərc olunan qərara görə, sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər.

Vayominq ştatı tərəfindən başlanan çipləşdirmə prosesi (MINI RFID) vətəndaşların avtomatik identifikasiyasını nəzərdə tutur. Haqqında söhbət gedən çip – 100 Qiqabayt yaddaşı olan mini-kompüterdir. Onun içərisinə müxtəlif məlumatlar: tibbi, sığorta məlumatları, sürücülük vəsiqəsinin nömrəsi, kredit tarixçəsi, kriminal keçmişi və s. daxil ediləcək.
Vayominq ştatının əhalisi MINI RFID qurğusuna məmnunluqdan – kəskin narazılığa qədər müxtəlif münasibət bildirirlər. Bir vətəndaş isə əvvəllər necə yaşadığına təəccüblənərək yeni çip vasitəsilə maqazalardan pul kisəsi olmadan belə alver edə bildiyini söyləyib. Bununla yanaşı təkuşaqlı ana dövlət dəstəyindən imtina edə bilmədiyini və bu səbəbdən MINI RFID çipini quraşdırmağa məcbur olduğunu dilə gətirib.
Texniki yenilik tərəfdarı olan vətəndaşlar isə terror aktlarının qarşısını ala biləcək Amerika istehsalı olan yeni qurğu ilə qürur duyurlar.
İnanclı xristianlarda isə əhalinin çipləşdirilməsi kampaniyası ciddi narazılıq doğurub. Onların fikrincə, bu yenilik “İncil”də göstərilən və insanın əllərində yazılacaq “heyvan rəqəmi” ilə üst-üstə düşür. Belə işarəsi olan insan bütün ömrü boyu cəhənnəm odunda əzab çəkəcək.
Qeyd olunur ki, Vayominq ştatının əksər əhalisi MINI RFID çipinin quraşdırılmasına sevinir. Çünki bu həyati qayğıları – tibbi yoxlamanı rahat keçmək, valideynlərin uşaqları üçün narahat olmamaları və s. həllində yardım edir.
Lakin insanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasından da şikayətlənirlər.