vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AMERİKA  
14:50 | 2 iyul 2017 | Bazar Məqaləyə 1953 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən müasir prezidentəm»

Tramp sosial mediadan necə istifadə etdiyini müdafiə edib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp «Twitter»də MSNBC telekanalının aparıcıları barədə təhqiramız şərhlərinin yaratdığı qalmaqaldan sonra özünün sosial mediadan necə istifadə etdiyini müdafiə edib.

Şənbə günü, o, «Twitter»də deyib: «Mənim sosial media istifadəm prezidentə yaraşmır - müasir prezidentə yaraşır».

Bundan bir neçə gün əvvəl, o, MSNBC aparıcıları Jo Skarborof (Joe Scarborough) və Mika Brzejinskiyə (Mika Brzezinski) kobud şəxsi təhqirlər ünvanlandırıb.

Onun şərhləri həm müxalif demokratlar, həm də öz respublikaçılarının tənqidlərinə səbəb olub.

Ağ Ev prezidenti müdafiə edib, lakin bundan əvvəl cənab Trampın məsləhətçiləri onun sosial media istifadəsindən narahat olduqlarını bildiriblər.

Şənbə günü, Donald Tramp ənənəvi mediadan fərqli olaraq sosial medianın ona ictimaiyyətlə birbaşa əlaqə yaratmağa imkan verdiyini deyib.

O, bir çox media qurumunu «saxta xəbər» yaymaqda təqsirləndirib.

«SAXTA VƏ FIRILDAQCI XƏBƏR MEDİASI respublikaçıları və digərlərini inandırmaq istəyir ki, mən sosial mediadan istifadə etməməliyəm», - Tramp «Twitter»də yazıb.

«Lakin yadınıza salın ki, mən 2016 seçkisini müsahibələr, çıxışlar və sosial media ilə qazandım», o, əlavə edib.

Cənab Tramp həmçinin CNN xəbər şəbəkəsini tənqid edib. CNN səhvə görə Donald Trampın məsləhətçilərindən birinin Konqress tərəfindən araşdırıldığını iddia edən məqaləni geri götürməli olub.

«Mən @CNN-in #SaxtaXəbər və tullantı jurnalistika kimi ortaya çıxarıldığına çox şadam. Vaxtı idi!» - cənab Tramp tvitləyib.

Cənab Tramp CNN-i dəfələrlə «saxta xəbər» adlandırıb və «Buzzfeed» xəbər saytını «uğursuzluqla üzləşən tullantı yığıntısı» olduğunu deyib.

Şənbə günü Vaşinqtonda hərbi veteranlar qarşısında çıxış edərkən cənab Trampın Amerikanın «bir daha qələbə» qazanacağını deməsi və media qurumlarına hücum etməsi alqışlarla qarşılanıb.

«Saxta media bizi susdurmağa çalışır, amma biz buna imkan verməyəcəyik», o, Azadlığı Qeyd Et Mitinqində deyib.

«Saxta media bizim Ağ Evə getməyimizin qarşısını almaq istədi. Lakin mən prezidentəm və onlar deyillər», Donald Tramp deyib.

ABŞ prezidentinin «Twitter»də 33 milyon izləyicisi var.

Onun izləyicilərini sarsıtmaq qabiliyyəti getdikcə azalsa da, «Twitter»də paylaşdığı şərhlər siyasətçilər və digərlərinin tənqidlərinə səbəb olub.