Özbəkistan Rusiyanın arzusunu ürəyində qoydu
Daşkənd KTMT və Avrasiya İqtisadi İttifaqına daxil olmaq niyyətində deyil
AZƏR, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir”
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
«Hazırda Mərkəzi Asiyada hərbi münaqişələrin başlaması üçün səbəb yoxdur». Bunu Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov özbək televiziyasının birbaşa efirində səsləndirib. Nazir Özbəkistan üçün bir sıra əhəmiyyət kəsb edən Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına (KTMT) üzvlüyün bərpası, Tacikistanda Roqunsk Su Elektrik Stansiyasının inşası ilə bağlı məsələlərə də toxunub.
Onun sözlərinə görə, hər hansı bir siyasi-hərbi bloka qoşulmamaq, özbək hərbçilərinin ölkədən kənar yerlərdə xidmət etməsinə imkan verilməməsi, bütün dövlətlərlə, xüsusən də qonşu dövlətlərlə dost və praqmatik siyasət aparılması Özbəkistanın xarici siyasətinin əsas prioriteti olaraq qalacaq. Nazir canlı efirdə ölkə ərazisində, onun hüdudlarından kənarda yaşayan, eləcə də studiyada olan vətəndaşları maraqlandıran sualları cavablandırıb. Sualların cavablarında Özbəkistanın aktual əhəmiyyət kəsb edən regional və beynəlxalq məsələlər üzrə mövqeyini aydın şəkildə ortaya qoyub. Nazir vurğulayıb ki, tədricən Mərkəzi Asiyanın münaqişə potensialı aşağı düşür. Əvvəllər ekspertlər proqnoz edirdilər ki, su qıtlığı, sərhəd münaqişələri regionda hərbi münaqişələrə gətirib çıxara bilər. Konkret olaraq Qırğızıstanda son 20 ildə iki dəfə dövlət çevrilişi baş verib, 2010-cu ildə isə millətlərarası zəmində münaqişə yaşanıb. Lakin nazirin qənaətincə, «nə su, nə sərhəd, nədə ki, digər səbəblər bizim regionda qonşu ölkələrlə münaqişənin yaranmasına gətirib çıxara bilməz». Onun sözlərinə görə, hazırda prezident Şövkət Mirzoyevin təşəbbüsü ilə qonşu dövlətlərlə sıx və qarşılıqlı etimada söykənən münasibətlərin qurulması üçün aktiv işlər aparılır. Bundan əlavə, ağıllı kompromislərin axtarılması, bu və ya digər həlli tapılmayan məsələlərin həlli ilə bağlı qərarlar qəbul edilir. «Bizim regionun ölkələri ilə əməkdaşlıq aktivləşdirilir. Eyni zamanda, bizim regionun ölkələri ilə əməkdaşlıq aktivləşdirilir. Biz dövlətimizin və xalqımızın maraqlarını qorumaqda davam edəcəyik», - deyə Özbəkistan xarici siyasət idarəsinin rəhbəri bildirib.
Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, uzun illər özbək rəhbərliyinin yürütdüyü balanslı siyasət nəticəsində regionda münaqişələr yaşanmayıb. «1990 və 2010-cu illərdə Qırğızıstanın cənubunda yaşanan millətlərarası münaqişə nəticəsində etnik özbək əhali məhv ediləndə Özbəkistan rəhbərliyi ağıllı hərəkət edərək münaqişəyə qoşulmadı. Bu münaqişənin dövlətlərarası münaqişəyə çevrilməsinə imkan vermədi. Özbəkistanı əhatə edən ölkələrdə özbək icmaları yoxdur və SSRİ dağıldıqdan sonra Daşkəndin əsas prinsipi bu olub ki, onlar başqa ölkələrin vətəndaşlarıdır və onların problemi həmin ölkələrin problemidir», - deyə rus eksperti vurğulayıb. Lakin onun qənaətincə, bu cür yanaşmanın dəyişə biləcəyi əlamətləri hiss olunmağa başlayır: «Bu o demək deyil ki, Özbəkistan baş verən hər hansı bir gərginliklə bağlı qonşu ərazilərə qoşun yeridəcək. Lakin əvvəlki kimi daha fərqli mövqe gözləmək gərəkdir». Ekspert istisna etmir ki, Daşkəndə qonşularına qarşı iqtisadi rıçaqlardan və etnik icmalar baxımından təsir etməkdə davam edəcək. Regionda sərhədlər üzrə ziddiyyətlər qalır, ən çox da gərginlik Fərqanə vadisindədir. «Daha bir gərginlik qırğız-tacik sərhədindədir. Bütövlükdə region potensial olaraq konfliktogen ərazi hesab edilir. Xüsusən də dini ekstremizmi xatırlamaq gərəkdir. Bu sırada əsas zəif həlqə Qırğızıstan, Tacikistan və Türkmənistandır. Əsas da Əfqanıstanın bu ölkələrə yaxınlığı vurğulanmalıdır», - deyə Knyazyev bildirib.
Əsas münaqişə mövzularından biri də transsərhəd su resurslarından istifadədir. Bu sırada Qırğızıstan və Tacikistanın yaşadığı problemlər daha ciddidir. Bundan əlavə, Özbəkistan, Türkmənistan və Qazaxıstan da bu məsələ ilə bağlı müəyyən problemlər yaşayırlar. Bəlli coğrafi səbəblərdən Özbəkistan bu münaqişədə birinci, necə deyərlər «müdafiə xəttindədir». Tacikistan qonşularının mövqeyini nəzərə almadan nəhəng Roqunsk SES-i inşa edir. Daşkənd isə hər zaman bu qurğunun tikintisinə qarşı olub. Özbəkistan hesab edir ki, bölgədə texnogen təhlükə güclüdür və bu baş verərsə, su bəndi dağıla bilər. Özbəkistanın birinci prezidenti İslam Kərimov hətta vaxtilə müharibə təhlükəsinin olduğunu da bildirmişdi. Bu gün Daşkəndin mövqeyi bir az dəyişib. Lakin indi Özbəkistan XİN-in rəhbəri bəyan edib ki, Daşkənd Roqunsk SES-in inşasına qarşı deyil. Lakin onun inşasında Özbəkistanın milli maraqlarının nəzərə alınmasını istəyir. Dərhal da Kamilovun sözləri Daşkəndin hündürlüyü 335 metr olacaq SES-in inşasına razılıq verməsi kimi dəyərləndirilib.
Yeri gəlmişkən, ən önəmlisi odur ki, özbək nazir ölkəsinin KTMT və Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsinə birdəfəlik nöqtə qoyub. O bildirib ki, bu məsələ heç gündəmdə də deyil. Hətta prezident Şövkət Mirzoyevin Moskvaya dövlət səfəri zamanı müzakirə edilməyib. Özbəkistan, onun qənaətincə, Rusiya ilə uzunmüddətli ikitərəfli əməkdaşlıqdan razıdır. İki ölkənin gündəmində siyasi məsləhətləşmələr, ticarət-iqtisadi əməkdaşlığın nəhəng bloku, regional təhlükəsizlik məsələləri və humanitar sahə var», - deyə nazir vurğulayıb.
Beləliklə, qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Özbəkistanda əvvəlki kurs davam etdiriləcək. Rəsmi Daşkənd Rusiyanın təzyiqlərinə baxmayaraq, onun himayəsi ilə ərsəyə gətirilən qurumlara üzv olmayacaq. Bununla yanaşı, Rusiya ilə yaxınlıq siyasəti davam etdiriləcək.