Türkiyə S-400-ün intizarındadır
Tərəflər pozitiv açıqlamalar versələr də, maneələr yetərincədir
Azər NURİYEV, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
Rusiyanın Türkiyəyə ən müasir «Triumf» S-400 zenit raket sistemlərinin satışı ilə bağlı danışıqlar final mərhələsinə daxil olub. Bloomberg öz mənbələrinə istinadən yazır ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyn Dirioz də təsdiq edib. O bildirib ki, NATO-ya üzvlük Türkiyənin çoxvektorlu xarici siyasət həyata keçirməsinə, o cümlədən S-400 zenit-raket sisteminin alınmasına mane olmur. Ardınca da Pentaqon şefi Ceyms Mettis bildirib ki, Birləşmiş Ştatlar Ankaranın bu addımına maneçilik törətməyəcək. Jurnalistlərin Pentaqon şefindən «Türkiyənin Rusiyadan yeni tip raket sistemləri almasını dəstəkləyirsinizmi» sualına müdafiə nazirinin cavabı lakonik olub. O bildirib ki, «bu, suveren qərardır. Sadəcə, bunu deyə bilərəm». Ceyms Mettis əlavə edib ki, S-400 kompleksləri Türkiyənin də üzv olduğu Şimali Atlantika blokunun hərbi texnikası ilə koordinə edilməyib. «Problem NATO sistemi ilə Rusiya kompleksinin operativ parametrlərinin uyğunluğundadır. Onlar heç bir zaman birlikdə operativ uyğunlaşdırıla bilməz», - deyə Mettis bildirib. Pentaqon şefi onu da deyib ki, «yaxşı olardı hadisələrin sonrakı gedişini gözləyək». O, ümumiyyətlə bu sazişin baş tutub-tutmayacağını gözləməyə çağırıb.
Mettisin «Triumf» S-400 zenit-raket sisteminin alınması ilə bağlı skeptik münasibətini Rusiyanın bir sıra hərbi ekspertləri də bölüşür. Rusiya-Türkiyə sövdələşməsinin mümkün imkanları barədə danışan Strateji Konyuktura Mərkəzinin direktoru İvan Konovalov deyir ki, «hələ ki, bu, bir siyasi oyundur, lakin indiki vəziyyətdə heç nəyi istisna etmək olmaz. Ərdoğanın siyasətini necə quracağını proqnoz etmək mümkün deyil». Hərbi ekspert Aleksandr Perenciyec isə qeyd edir ki, «S-400 barədə verilən bəyanatlar sadəcə Türkiyə və Rusiyanın informasiya əməliyyatıdır. Bu, qonşu dövlətlərin reaksiyasının necə olacağını izləmək və Rusiya Federasiyasının NATO ölkələri ilə hərbi-texniki əməkdaşlığını nümayiş etdirmək üçündür». Bu ehtimallarla müəyyən mənada razılaşmaq da olar. Lakin rəsmi informasiyanı da diqqətdən kənarda saxlamaq olmaz. Belə ki, hər iki ölkənin məmurları bu cür sövdələşmənin baş tuta biləcəyini bildiriblər. İyunun sonunda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin rəsmən bildirib ki, Türkiyəyə ən müasir «Triumf» S-400 zenit-raket sistemlərinin satışı razılaşdırılıb. Düzdür, əlavə edib ki, kreditlə bağlı məsələ hələ ki, həll edilməmiş qalıb. Razılaşmanın maliyyələşməsi ilə bağlı məsələni Rusiya sənaye-ticarət naziri Denis Manturov da şərh edib. «Bu gün kreditləşmədən söhbət getmir. Onların özlərinin vəsaiti var», - deyə nazir bildirib.
Türkiyənin müdafiə naziri Fikri İşık da məsələyə münasibət bildirib. Türkiyə televiziyasında çıxışında nazir bildirib ki, ölkəsi etibarlı raket müdafiə sisteminə ehtiyac duyur: «Biz Rusiyadan S-400 sistemləri almaqla özümüzün bu sahə üzrə ehtiyaclarımızı ödəyə bilərik. Özümüz də raket hücumundan müdafiə sistemləri qurmağı planlaşdırırıq. Bunun üçün Fransa və İtaliya ilə əməkdaşlıq etməyi aparırıq».
Ötən həftənin sonun Türkiyənin «Hürriyet» qəzeti isə Müdafiə Nazirliyinə istinadən yazıb ki, Ankara özünün raket hücumundan müdafiə sisteminin quraşdırılması ilə bağlı Fransa-İtaliya korporasiyası - Eurosam ilə saziş imzalayıb. Lakin məlumatda hansı səbəbdən Rusiyanın S-400 sistemindən imtina edildiyi barədə bir söz deyilməyib. Hələ ki, aydın deyil ki, Ankara hansı resurslardan istifadə etməklə bu sazişi maliyyələşdirəcək. Ötən həftə belə bir xəbər də yayılmışdı ki, S-400-ü almaq üçün 2,5 mlrd. dollar gərəkdir. Qeyd olunurdu ki, söhbət iki divizion S-400 sisteminin alınmasından və gələcəkdə Türkiyənin özündə daha iki ədəd bu sistemin quraşdırılmasından gedir. Bununla yanaşı, yayılan məlumatları təsdiq edən hər hansı bir rəsmi məlumat daxil olmayıb. Və bunun da izahı var. Axı hərbi-texniki sahədə əməkdaşlıqla, xüsusən də silah satılması ilə bağlı bütün informasiyalar qapalı saxlanılır, ya da final mərhələdə açıqlanır. Hərbi ekspert Yuri Netkaçev hesab edir ki, Ankaranın Rusiyadan silah almaq ehtimalı yüksəkdir. Onun qənaətincə, bunu müəyyən şərtlər göstərir: «Birincisi, Türkiyə özünün Hava Hücumundan Müdafiə sistemini təkmilləşdirmək istəyir. Hətta 10 il bundan əvvəl Çindən orta mənzilli zenit raket sistemi almaq istəyirdi. Lakin sonradan onların qeyri-təkmil olduğunu görüb onu imzalamadı. Rusiyaya məxsus S-400-lər ideal variant deyil. Bu gün onlar dünyada ən yaxşısıdır, belə ki, ballistik hədəfləri vurmaq iqtidarındadır. İkincisi isə nə Birləşmiş Ştatlar, nə də digər NATO dövlətləri Türkiyəyə müasir tipli HHM-lər satmazlar. Çünki, onun Kiprlə problemi var. Separatçı kürdlərlə də münaqişə var. Əgər hansısa bir Avropa firması Türkiyəyə özünün müasir raket-kosmik sistemi qurmağa kömək edərlərsə, onda bu yol uzun və bahalı olacaq. Bu yolda Moskva ilə Ankara arasında tərəfdaşlıq münasibətləri davam edəcəksə, Rusiya burada mehriban köməkçi rolunu oynayacaq. Üçüncüsü, Mettisin Türkiyəyə S-400 sisteminin gərək olmaması və NATO müdafiə sistemləri ilə uyğunlaşmaması barədə tezisinə gəldikdə, bu, düz deyil. Məsələn, Yunanıstan Rusiyaya məxsus S-400 sisteminə malikdir və NATO-nun da müdafiə sisteminə normal qoşulub». Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvü Eduar Rodyukov hesab edir ki, Türkiyənin Rusiyadan raket müdafiə sistemini alması ilə bağlı digər sədlər də ola bilər: «O cümlədən onu yaxın illər ərzində reallaşdırmaq mümkün olacaq. Rusiyanın özü bu sistemlə silahlanmalıdır. Onun müdafiə zavodlarının imkanları isə məhduddur. 2020-ci ilə kimi 20 ədəd S-400 divizionları almaq gərəkdir».
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Qərbin Türkiyəyə qarşı ayrı-seçkilik siyasəti, illər uzunu Avropa İttifaqına üzvlüklə bağlı onu qapı arxasında qoyması Ankaranı adekvat addımlar atmağa vadar edir. Bu səbəbdən də Ankara Rusiya və Çin kimi ölkələrlə hərbi, siyasi və iqtisadi əməkdaşlığı gücləndirir.