vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
23:29 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çətinlikləri arxada qoymuşuq»

Müdafiə naziri: Ankara Moskva ilə S-400 alışı haqqında müqavilə imzalamağa yaxındır

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Rusiya ilə S-400 zenit-raket sistemlərinin alışı haqqında müqavilə imzalamağa yaxındır. «Trend»in məlumatlına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

Nazir qeyd edib: «Biz sənəd imzalanmasının yekun mərhələsindəyik, heç bir problem müşahidə olunmur. İmzalanmanın vaxtını deyə bilmərəm, lakin bütün çətinlikləri arxada qoymuşuq».

Xatırladaq ki, ayın əvvəlində F.İşık Türkiyənin S-400-lərin alışının maliyyələşdirilməsi məsələsi üzərində işlədiyini bildirmişdi.


***


«Çox guman ki, Türkiyə S-400 raket sisteminin alınması üçün lazım olan vəsaitin bir qismini Rusiyadan borc alacaq».

«Report»un verdiyi xəbərə görə, bu barədə MAKS-2017 aviasalonunda jurnalistlərə verdiyi müsahibədə «Rostex»in baş direktoru Sergey Çemezov deyib.

O bildirib ki, texniki məsələlərin müzakirəsi yekunlaşıb: «Lakin sirf inzibati məsələlərin müzakirəsi tələb olunur. Məsələnin maliyyə tərəfinə gəlincə, Türkiyə hökuməti bizim Maliyyə Nazirliyi ilə danışıqlar aparır. Məbləğin bir hissəsini onlar özləri tapacaq, qalan hissəsini isə borc kimi alacaqlar».