vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
10:35 | 7 avqust 2017 | Bazar ertəsi Məqaləyə 1064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə səyahət üçün nə dərəcədə təhlükəlidir?

Son bir neçə ildə terrorizm bütün Avropada reallığa çevrilib, Paris, Brüssel, Nitsa, London, Mançester, Stokholm, Berlin ...

«The Spectator» məcmuəsi yazır ki, Türkiyə özünün ecazkar sahilləri, muzey və memarlığı ilə zəngin olsa da, qədim İstanbul şəhəri Qərblə Şərq arasında körpü olmaqda davam etsə də və dünya standartlarına uyğun şəhər sayılsa da, son iki ildə baş verən təlatümlər real bir sual doğurur: Ölkə orada istirahət etmək üçün nə dərəcədə təhlükəsizdir?

Türkiyə son aylar ərzində bir çox ölümcül terror hücumlarına məruz qalıb. Siyasi sabitsizlik bu ölkədə özünün pikinə 2016-cı ildə, prezident Ərdoğanı devirməyə yönəlmiş çevriliş cəhdi ilə çatıb.

Ötən dekabrda kürd yaraqlılar partladıcılarla dolu maşını İstanbulun əsas stadionlarının birinin yaxınlığındakı iğtişaş polisinin üzərinə sürüblər. Bundan bir neçə dəqiqə sonra parklardan birində intiharçı partlayışı törədilib. Həmin partlayışda əksəriyyəti polis olan 50 nəfər həyatlarını itirib.

«The Spectator» yazır ki, bu hadisələr baş verəndə, əksər otellərdəki turistlər gəzintiyə çıxmaq əvəzinə saatlarla foyedəki televizorlarda son xəbərlərə baxırdılar. Bu vahiməni Amerika səfirliyinin bağlanması daha da artırmışdı.

Ötən il mətbuatda gedən bir çox yazılarda Türkiyə turizminin tənəzzülündən söz açılırdı.

Çevriliş cəhdindən bu yana Türkiyə fövqəladə vəziyyətdə yaşamaqda davam edir. Fövqəladə vəziyyət şəraitində Ərdoğanın opponentlərinə qarşı geniş repressiya kampaniyası aparılıb.

Britaniyanın Xarici İşlər Nazirliyinin internet saytında Türkiyədə terror hücumları ehtimalının hələ də yüksək olduğu qeyd edilir.

Lakin «The Spectator» yazır ki, bütün bu xəbərlərdən ifrat vahimələnməyə dəyməz. Son bir neçə ildə terrorizm bütün Avropada reallığa çevrilib. Paris, Brüssel, Nitsa, London, Mançester, Stokholm, Berlin terror hücumlarına məruz qalıb. Əlbəttə, Türkiyə bu siyahının başında gəlir, lakin buna baxmayaraq ölkənin geniş əraziləri turistlər üçün salamat olaraq qalır.

Təsadüfi deyildir ki, ötən həftə Türkiyənin turizm rəqəmləri də dirçəlməyə başlayıb.

Britaniya XİN-in məlumatına görə britaniyalılar 2016-cı ildə Türkiyəyə 1, 7 milyon səfər ediblər.

Bu səfərlərin əksəriyyəti xatasız keçib. Buna görə də Britaniya XİN Diyarbəkır və Suriya ilə sərhədə yaxın Şırnak, Mardin, Şanlıurfa, Qaziyantep, Kilis və Hatay kimi yerlərə səyahət etməyi məsləhət görmür.

Britaniya XİN öz vətəndaşlarına bunu da tövsiyə edir ki, Türkiyəyə səyahət zamanı izdihamlı yerlərdə ayıq-sayıq olsunlar. Söhbət xüsusilə də xarici turistlərin sevdikləri yerlərdən gedir.

Bu da məsləhət görülür ki, Britaniya vətəndaşları Türkiyədə bütün müddət ərzində pasport və başqa sənədlərini özləri ilə gəzdirsinlər.

«Time» jurnalının Yaxın Şərq redaktoru Cared Malsin (Jared Malsin) «The Spectator» məcmuəsinə deyib ki, sabitsizlik İstanbulun mənzərəsini azacıq dəyişib.

«Bəzi yerlərin indi daha seyrək olduğunu görürsünüz. Adamlar müəyyən məkanlara getməməyə çalışırlar», - deyib Malsin.

Lakin Malsin bunu da əlavə edib ki, bütün deyilənlərə baxmayaraq, İstanbul 17 milyon insanın yaşadığı şəhərdir.

«Bu şən bir şəhərdir…Təhlükəsizlik eksperti deyiləm, amma dostlarıma və qohumlarıma məsləhət görürəm ki, bu ecazkar şəhərə gəlsinlər. Bu, dünyanın ən gözəl şəhərlərindən biridir və səyahət üçün fövqəladə bir yerdir», - deyib Malsin.