vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:50 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 2141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Xəzərə 7 hərbi gəmi göndərir

Xəzər donanması üçün əlavə xilasetmə gəmisi tikilir

lent.az

Rusiya Xəzər dənizindəki hərbi donanmasını gücləndirir. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2013-cü ildə Rusiyanın Xəzər dənizindəki donanmasına 5 döyüş gəmisi və 2 yardımçı gəmi daxil ediləcək.

Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, bu ilin yayında donanmaya «Uqliç» və «Qrad Sviyajek» kiçik raket gəmiləri daxil ediləcək. Yeni gəmilər ölkənin dənizdəki iqtisadi zonalarını qoruyacaq. Bütün gəmilərdə yeni raketlər quraşdırılıb. Eyni zamanda yüksək sürətli və manevr qabiliyyətli çoxtəyinatlı «Qraçonok» katerinin də tikintisi davam etdirilir. Katerin bu ilin birinci yarısında suya buraxılması planlaşdırılıb.
Payızda isə Rusiya «Serna» layihəsi çərçivəsində Xəzərdəki donanmasını 3 desant kateri ilə gücləndirəcək. Xəzər donanması üçün Həştərxanda qəza-xilasetmə gəmisi də tikilir.