vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
19:55 | 7 yanvar 2013 | Bazar ertəsi Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran etiraf etdi

Nazir Rüstəm Kasemi parlamentdə 9 aylıq hesabat verib

lent.az

Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalar son 9 ayda İranın neft ixracının 40 faiz, neft gəlirlərinin 45 faiz aşağı düşməsinə səbəb olub. Lent.az-ın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, İranın neft naziri Rüstəm Kasemi bunu parlamentdə çıxışı zamanı açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti beynəlxalq sanksiyaların ölkənin neft ixracına təsir etmədiyini bəyan edirdi. Avropa Birliyinin İran neftinin ixracına qoyduğu qadağa 2012-ci il iyulun 1-də qüvvəyə minib. Avropa Birliyi və ABŞ bu sanksiyalarla Tehranın nüvə proqramını dayandırmaq niyyətindədir.