16:02 | 7 yanvar 2013 | Bazar ertəsi
Məqaləyə 1839 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyədən Yunanıstana xəbərdarlıq
Əhməd Davudoğlu hədə ilə danışdı
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yunanıstanın Egey dənizində neft axtarışına başlayacağı haqqında xəbərlərə münasibət bildirib.
APA-nın məlumatına görə, Ə.Davudoğlu Yunanıstanın Egey dənizində neft axtarışına başlayacağı təqdirdə, Türkiyənin də bununla bağlı müvafiq addımlar atacağını deyib: «Belə bir vəziyyətdə Türkiyə də müvafiq addımlar atacaq. Lakin buna ehtiyac olmayacağına ümid edirəm».