vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
22:33 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremldən Ağ Evə ilk cavab

Rusiya konsulluqlardakı axtarışlara cavab olaraq ABŞ diplomatını XİN-ə çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Şənbə günü Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya hökümətinin Amerikadakı binalarında axtarış aparmağa etiraz etmək məqsədilə ABŞ diplomatını nazirliyə çağırıb.

Nazirlik yaydığı bəyanatda Rusiyanın Vaşinqtonda şənbə günü bağlanması gözlənilən diplomatik binada «qeyri-qanuni axtarış» ilə əlaqədar olaraq nazirliyə ABŞ-ın Moskvadakı səfirinin baş köməkçisi Antoni Qodfrini çağırdığını bildirib.

Rusiyalılar planlaşdırılmış yoxlamanı «daha öncə görünməmiş» aqressiv addım adlandırıb.

Qodfri nazirliyə Rusiya Xarici İşlər Nazirliyi Federal Təhqiqatlar Bürosunu San Fransiskodakı konsulluğunda axtarış aparmağı planlaşdırmaqda ittiham edəndən bir gün sonra çağırlıb.

ABŞ binalarda axtarış aparmaq niyyətində olub-olmadığını deməyib.


Birbaşa təhlükə


Nazirliyin sözçüsü Mariya Zaxarova bu axtarışın «Rusiya vətəndaşlarının» təhlükəsizliyinə hədə yaradacığını deyib.

Bu arada isə Associated Press konsulluğun bacasından qara tüstünün çıxdığı görüləndən sonra oraya yanğınsöndürənlərin çağırıldığını, lakin binaya daxil olmalarına icazə verilmədiyi barədə məlumat yayıb.

Yanğınsöndürənlər binada ocaqda nəyinsə yandığını bildirib.

San Fransisko Yanğın Departamentinin sözçüsü Mindi Talmadc isə müxbirlərə bayırda havanın 35 dərəcə olduğu bir gündə binada ocağın nə üçün yandığını başa düşmədiklərini deyib.

San Fransiskodakı konsulluğu bağlamaq qərarı Moskvanın Vaşinqtondan Rusiyadakı diplomatlarının sayını azaltmaq tələbinə cavab olaraq verilib.

«Rusların atdığı addıma uyğun şəkildə biz Rusiya hökumətindən San Fransiskoda Baş Konsulluğun, Vaşinqton şəhərində ticarət nümayəndəliyi və Nyu Yorkda konsulluq idarəsini bağlamasını tələb edirik», Dövlət Departamentinin sözçüsü Hether Nauert cümə axşamı açıqladığı bəyanatda bildirib.