vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:05 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 1431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Nə ekstradisiya ediləcək, nə də həbs»

Ukraynanın baş prokuroru Saakaşvili haqqında ...

Ukraynanın baş prokuroru Yuri Lusenko bildirib ki, Mixail Saakaşvili Ukraynadan çıxarılmayacaq və sərhəddəki hadisəylə əlaqədar həbs edilməyəcək. Virtuala.org bildirir ki, bu barədə Ukrayna KİV-i xəbər yayıb.

«Mən, baş prokuror kimi, sizə aydın və dəqiq deyirəm: Saakaşvili bu iş üzrə həbs edilməyəcək. Nə qədər ki, onda daimi yaşamaqla bağlı şəhadətnamə və ya başqa sənədlər var, hansıları ki, o təqdim edir, Saakaşvili bu ölkədən ekstradisiya da oluna bilməz», - deyə baş prokuror vurğulayıb.

Lusenko daha sonra əlavə edib: «Kimlər ki, onu sərhəddən keçiriblər, cinayət işi üzrə problemləri olacaq, amma həbs edilməyəcəklər. Lakin kimlər ki, Ukrayna sərhədçilərini vurublar, həbs ediləcəklər. Onlar yeddi il oturmalıdır ki, bütün siyasətçilər yadda saxlasınlar: mitinq etmək olar, hətta lazımdır, amma Ukrayna sərhədini qoruyan əsgərləri vurmaq olmaz!»

Baş prokuror həmçinin qeyd edib ki, Saakaşvili Ukrayna vətəndaşlığı ilə bağlı öz problemini həll etmək imkanına malikdir.