vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
21:43 | 21 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 2090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qərb-2017»dən nə öyrənə bilərik?

NATO ölkələri Rusiyanın qərbə istənilən həmləsinin qarşısını almağa hazır olduğunu deyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərb, Rusiyanın «Qərb-2017» hərbi təlimləri ilə bağlı narahat olsa da, bu təlimlər mühüm dəyişiklər ərəfəsində Rusiya hərbi qüvvələrinin nə dərəcədə inkişaf etdiyini göstərən bir məqama çevrilib.

Rusiyada hərbin inkişafını müşahidə edən aparıcı qərbli analitiklərdən biri Rocer MakDermot (Roger McDermott) deyir ki, «Rusiya silahlı qüvvələrinin liderləri hələ də hərbi məntiqə üstünlük versələr də, strateji təlimlərdə döyüş üçün yeni yanaşmaları yoxlayır və məşq edirlər».

««Qərb-2017» kimi təlimlər, hərbin qabiliyyət səviyyəsini üzə çıxarmaqla yanaşı, xaricilərdən də diqqətli və ayıq bir qiymətləndirmə tələb edir», o əlavə edib.

Rusiya iddia edir ki, əsgərlərin sayı razılıqda hədd hesab olunan 13 mindən daha aşağıdır. Bu halda digər Avropa dövlətlərinin müşahidə komandalarının iştirakı üçün dəvətnamələr lazım olmur. Lakin qərbli analitiklər rəqəmlərin daha yüksək olduğunu bildirirlər.

Müşahidəçi komandalar az olsa da, «Qərb-2017», peyk və Qərbi Rusiyaya qədər çatan radarlar vasitəsilə NATO ölkələri tərəfindən yaxından izlənir.

Bu təlimlər çox maraqlı vaxtda baş tutur.

Rusiya, Soyuq Müharibə tərzli Qırmızı Ordudan eyni anda quruda, suda və havada əməliyyat aparmağa və daha yüksək inkişaf etmiş NATO orduları kimi müxtəlif potensial hadisələrə uyğunlaşmağa qadir müasir və dəyişkən qüvvəyə çevrilir.


Nələr dərs olub?


Londonda yerləşən Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun Ali Birləşmiş Xidmətlərnin (RUSİ) böyük elmi işçisi İqor Sutyaqin bu cəhdi, «müasir avadanlıqla təchiz olunmuş və çevik arxa infrastrukturla dəstəklənən tam kadrlı, döyüşə hazır, tam - və ya mümkün qədər - təchizatlı» kimi təsvir edir.

Rusiyanın 2008-ci ildə Gürcüstan ilə müharibədən qalib ayrılmasına baxmayaraq, münaqişə çatışmazlıqlarla müşahidə olunmuşdu.

Suriya və Ukraynadakı son əməliyyatlardan Rusiya Generallar Heyətinin necə nəticə çıxardığını bilmək üçün Qərbli analitiklər «Qərb-2017» manevrlərini yaxından izləyəcəklər.

Dr. Sutyaqin mənə dedi: «Hər iki kampaniya Rusiya ordusunun hansı istiqamətdə inkişaf etdiyini göstərdi».

Bəs Rusiyanın hərbi keçidi əslində nə qədər inkişaf edə bilib? Və ən mühümü, ordunun müasirləşdirilməsi planlarını həyata keçirmək üçün Rusiya dövlətinin kifayət qədər maddi vəsaiti varmı?


Texnoloji boşluq?


Dr. Sutyaqin deyir ki, keçid, artıq uzun yolunun yarısını qət edib. Bu isə tamamlanmanın yaxın olduğunu göstərir.

Bununla belə, geriləmənin bəzi nişanlarını da görmək mümkündür: böyük ordu diviziyalarının yaradılması.

Müasir silahlarla təchizat, Rusiya ilə ən yaxşı Qərb hərbi qüvvələri arasındakı texnoloji boşluğu bağlaya və ya ən azından minimuma endirə bilər.

Fəqət Dr. Sutyaqin söyləyir ki, yeni avadanlığın büdcəsinin böyük hissəsi ilə bağlı sual meydana çıxa bilər.

«Yenidən silahlanma proqramı həm büdcə, həm də Qərb texnologiyasının əlçatan olmasından asılıdır və bunlar da getdikcə çətinləşir».


Möhtəşəm atəş gücü


«Qərb-2017» təlimlərinə gəlincə isə, dərində başqa şeylər yatır.

Sözdə bu təlimlər müdafiə xarakteri daşıyır və Rusiya ilə Belarusun xarici hücumlara qarşı müdafiəsinin təşkilinə yönəlib.

Bununla belə, bəzi dağıdıcı gücə malik silahlar da nümayiş olunub. «İsgəndər-M» raketi Rusiyanın cənub-qərbindən Qazaxıstanda yerləşən test hədəfinə qədər 480 km məsafəni qət edə bilib.

Bəs NATO müşahidəçiləri təlimlərdə nəyə fikir verməlidirlər?

Cənab MakDermott deyir ki, «təlimdə zərbə-atış sistemlərini yoxlamağa dəyər», çünki «2013-cü ildə baş tutan sonuncu «Qərb-2017»dən sonra, Moskva icbari silahlar dəstində adi dəqiq atıcıların rolunu artırmağa başlayıb».

Norveç Müdafiə Araşdırma Qurumu tərəfindən çap olunan və müəllifləri cənab MakDermott ilə Tor Bukkvoll olan Rusiyanın «yüksək dəqiqlikli silahları» adlandırdığı (Qərbdə dəqiq idarəedici silahlar və ya PGM deyə bilinir) silahlar haqqında araşdırma, Rusiyanın bu silah kateqoriyası ilə bağlı tarixi və inkişafını izah edir.

Həm hava, həm də dənizdən uzaq məsafəli qanadlı raketlər ilk dəfə rusiyalılar tərəfindən Suriyadakı münaqişə əsnasında istifadə edilib.


Maraqlıdır ki, əksər Qərb mediasının müzakirə mövzusu olan PGM-lərdən istifadənin əsas məqsədi bombardman kampaniyalarında havada açılan silahın dəqiqliyi arıtmaq və dinc əhaliyə daha az ziyan vurmaq olsa da, Rusiyada silahlara başqa bucaqdan baxırlar.


Elektron müharibə


Bu təlimdə «İsgəndər-M» xüsusi qeyd olunmalıdır. Bu, nüvə silahları kimi baş qarışdırmaq üçün növbəti bir etapdır. Amma Rusiya ordusu üçün hələ də mühüm əhəmiyyət kəsb edir.

Cənab MakDermottun işıqlandırdığı başqa bir sahə Rusiyanın inkişaf edən elektron müharibə (EM) qabiliyyətidir.

Ondan şərqi Ukrayna ilə döyüşlərdə istifadə olunub və bir çox NATO komandirləri üçün yaxşı təsir bağışlayıb.

Onlar, İraq və Əfqanıstanda partizan qüvvələri ilə mübarizə kampaniyaların uzun müddət sərf etdikləri müddətdə Rusiyanın qüvvələrini inkişaf etdirməsi səbəbi ilə arada yaranan boşluqdan narahatdırlar. EM isə buna ən bariz misaldır.

Estoniyada yerləşən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin bu yaxınlarda dərc olunan araşdırmasında cənab MakDermott deyib: «Rusiyanın EM üzrə inkişaf edən texnologiyası, qüvvələrin Nato kommunikasiyaları, radar və digər sensor sistemləri, insansız idarə olunan hava vasitələri və digər sistemləri ilə qarışıması, müdaxiləsi və pozuntusuna səbəb ola bilər».

«Bu qabiliyyət», o deyib ki, «NATO-nun texnoloji üstünlüklərini» risk atlında qoya bilər.

«Bu sistemlərin əksəriyyəti, Rusiyanın NATO sərhədlərində yerləşə Qərb Hərbi Zonasındakı bütün xidmətlərində öz əksini tapır», o söyləyib.

Kinetik döyüş əməliyyatlarından tutmuş kiberməkan və informasiya sahəsində vəzifələrinə qədər Rusiya EM-i qüsursuz bir vasitə kimi görür.

Heç şübhəsiz ki, Rusiya hərbçiləri üçün bu sahə bir «yenilikdir», amma müharibə ilə sülh arasındakı sərhədi göstərən xətti bir elə də aydın göstərə bilmir.

Müharibənin bu «boz sahəsi» üzrə Moskva bacarıqlarını daha da inkişaf etdirir.

Beləcə NATO ölkələri üçün siyası və hərbi meydanda təhlükəyə çevrilən Rusiyanın müharibə və sülhə strateji baxışı, daha çox qara və ağ xarakter daşıyır.