vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:38 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2272 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Myanmar ssenarisi Rusiyada da mümkündür?

Bu il «ağlar»la «qırmızılar» arasında qarşıdurma baş verib

Vladimir LEPEXİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Myanmarda baş verən son hadisələrlə əlaqədar olaraq belə bir sual yaranır: buna bənzər hadisələr Rusiyada da baş verəcəkmi? Həqiqətən də Rusiyada çoxsaylı müsəlman və buddist icmaları var. Lakin Rusiya Myanmar deyil. Bizim müxtəlif etnos və dinlərin nümayəndələri ilə birgə yaşamaq sahəsində minilliklərə söykənən təcrübəmiz var.

Hazırda Rusiya üçün asan dövr sayılmır. Bu il ərzində qərbyönümlü müxalif qüvvələr bir neçə dəfə şərti olaraq «ağlar»la şərti olaraq «qırmızılar» arasında qarşıdurma yaratmağa nail oldu.

Ola bilər ki, yaxın zamanda müxalifət və onların qərb himayədarları islam layihəsini həyata keçirəcək və müsəlmanlarla pravoslavlar və digər dinlərin nümayəndələri arasında toqquşma yarada biləcəklər.

Yeri gəlmişkən, Rusiya KİV-də xüsusilə də, sosial şəbəkədə digər dinlərin nümayəndələri tərəfindən müxtəlif formada islamafobiya və ya rusfobiya kimi yalan məlumatlar verilir.

Bu halda yalnız rus xalqının uzun əsrlərə dayanan müdrikliyinə ümid etmək qalır hansı ki, öz aralarında döyüşmək imkanı yarananda da vahid dövlət daxilində birgə inkişafın imkan və formatlarını tapa bilib.