vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
21:01 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1843 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boliviyada Çe-Gevara davası

Hökumətlə ordu arasında mübahisə yaranıb

Boliviyada, kubalı inqilabçı Ernesto Çe-Gevaranın (Ernesto «Che» Guevara) ölümünün 50-ci ildönümü ilə bağlı, hökumətlə ordu veteranları arasında mübahisə yaranıb.

03

Boliviya hökuməti gələn həftə xarici qonaqların iştirakı ilə bir sıra anım tədbirləri planlaşdırıb.

Çe qüvvələri ilə döyüşmüş Boliviya ordu veteranlarının sözçüsü isə həmin rəsmi mərasimlərdə iştirak etməyəcəklərini söyləyib.

Veteranlar, Çe dəstələri ilə döyüşlərdə həlak olan boliviyalıları anmaq istədiklərini bildiriblər.

Hökumət təmsilçiləri rəsmi tədbirlərdə veteranların iştirak edəcəyinə ümid etdiklərini bildiriblər.

Kubanın ən əhəmiyyətli ideoloqlarından sayılan Çe Gevara 1967-ci il oktyabrın 8-da həbs olunub və səhəri gün Boliviya hökumət qoşunları tərərfindən güllələnib.

O, Kubanı, Latın Amerikasında partizan dəstələri yaratmaq üçün tərk etmişdi.

Yerli medianın xəbər verdiyinə görə, Boliviya ordu veteranlarını təmsil edən Mario Moreira deyib: «Biz mərasimdə iştirak etməyəcəyik, çünki bu, fikrimizcə siyasi tədbirə çevrilir. Biz onlara (Kuba partizanlarına) necə ehtiram göstərə bilərik?»

«Xalqı təmsil edən Boliviya dövləti ehtiramı bizə bildirməlidir ki, biz ölkəni müdafiə etmişik və 59 əsgər qurban vermişik», - veteran bildirib.

Boliviya ordusu «Çe»nin 47 nəfərdən ibarət kiçik dəstəsinə qarşı 1966-cu ildən 1967-dək ağır döyüşlər aparırdı, həmin döyüşlər «Çe»nin həbsi və öldürülməsilə nəticələndi.

Boliviyanın Müdafiə naziri Reymi Fereyra (Reymi Ferreira) bildirib ki, «Çe»nin xatirəsinin anılması tədbirləri Boliviya ilə Kuba arasında «yaraların» sağalmasına kömək edəcək.

Lakin veteranlar Müdafiə nazirinin bu fikri ilə razılaşmayıblar.

Moreira deyib ki, «Boliviya ailələrinə ağrı və kədər gətirən xariciyə» ehtiram bildirilməsi mümkünsüzdür.

««Çe» qalib gəlsəydi, biz fərqli bir ölkədə olacaqdıq. Bizim sayəmizdə qanuni yaradılmış hökumətimiz var», - veteran bildirib.

O deyib ki, ordu veteranları ölən əsgərləri yad etmək üçün fərqli tədbirdə iştirak etmək niyyətindədir.

Boliviya Kubanın siyasi müttəfiqidir və prezident Evo Moralesin solçu hökumətinin Kuba ilə sıx siyasi və diplomatik əlaqələri var.