vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
18:04 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2451 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onu mən prezident etmişəm»

Trampın arvadları birinci xanımlıq üstündə dalaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, Melaniya Trampın ofisi prezidentin birinci arvadı İvana Trampın televiziyadakı zarafatına cavab olaraq fövqəladə bəyanatla çıxış edib.

İvana Tramp zarafatla demişdi ki, o Trampın birinci arvadıdır və deməli həm də əsl birinci ledidir.

Ağ Evdən yayılan bəyanatda vurğulanır ki, burada yalnız bir birinci lediyə yer var.

Məqalədə deyilir ki, bu hadisə Trampın indiki və keçmiş arvadları arasında qısqanclıq zəminli çəkişmənin necə bir həddə çatdığını göstərir.

Melaniya Trampın ofisinin yaydığı bəyanatda deyilir: «Xanım Tramp Ağ Evi Barron və Prezident üçün evə çevirib. O Vaşinqtonda yaşamağı xoşlayır və birinci ledi kimi öz tituluna ehtiram bəsləyir. O öz titulundan kitab satmaq üçün yox, uşaqlara kömək üçün istifadə etmək istəyir».

Birinci ledinin mətbuat katibi Stefani Qrişam (Stephanie Grisham) təəssüflə bildirib ki, keçmiş arvadın dediklərinin heç bir əhəmiyyəti yoxdur və bu, diqqəti cəlb etmək üçün yaradılmış hay-küydən başqa bir şey deyil.

«The Telegraph» yazır ki, Melaniya Trumpın Ağ Evə dərhal köçmək istəməməsi onun birinci ledi kimi bir roldan xoşlanmadığı barədə dedi-qodu yaratmışdı, amma indi Ağ Ev «potensial qəsbkarın ağzından vurub».

Bu bəyanatdan əvvəl İvana Tramp «ABC» telekanalının «Sabahln xeyir, Amerika» («Good Morning America») proqramına müsahibə vermişdi.

O bu müsahibədə demişdi ki, o prezidentlə həftədə azı bir dəfə telefonla danışır, lakin qısqanclıq yaratmamaq üçün özü prezidentə birbaşa zəng etmir».

«Melaniya ordadır və mən bir növ qısqanclıq yaratmaq istəmirəm. Mən Trampın birinci arvadıyam. Deməli həm də birinci lediyəm, elə deyil?» - demişdi İvana gülərək.

İvana hazırda özünün «Tramp necə böyüdü» («Raising Tramp») adlı xatirə kitabının reklamı ilə məşğuldur. O, bu kitabda o vaxtkı əri ilə birlikdə övladları Erik, Donald və İvankanı necə böyütməsindən yazır.

Onlar 1977-ci ildə evlənmişdilər və 1992-ci ildə boşanıblar.

Əslən keçmiş Çexoslovakiyadan olan İvana Tramp deyib ki, Tramp seçki kampaniyasının, o cümlədən onun oğlu Donaldın Rusiya ilə mümkün bağlarının araşdırılması məsələsi onu narahat etmir.

«Mən bilirəm ki, onlar qanundankənar bir iş tutmayıblar».

Keçmiş ərinin miqrantlarla bağlı siyasəti barədə suala cavab verərkən İvana deyib ki, onun özü də miqrantdır, amma Meksika ilə sərhəddə hasarın tikilməsinə normal baxır.

«Çünki ölkə sərhədlərini qorumalıdır», - deyib prezidentin keçmiş arvadı.