vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
10:49 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 1459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin mühasirəyə düşdü...

... cangüdənləri çaş-baş qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Sankt Peterburqda Parlamentlərarası İttifaqın Assabmleyasının açılışı mərasimində çıxış edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, çıxışdan sonra müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri Rusiya prezidentini dövrəyə alıblar.

Hər kəs prezidentlə şəkil çəkdirmək istədiyi üçün 10 dəqiqəyə yaxın ona getməyə imkan verməyiblər.

Prezidentin cangüdənləri çox çətinliklə Rusiya liderinin ətrafında dairə yarada biliblər. Nümayəndələrin bəziləri Putinin onları görməsi üçün stulların üstünə çıxıb, bəziləri isə prezidentin əlini sıxmağa çalışıb.

Yeri gəlmişkən, V.Putin çıxışında bildirib ki, beynəlxalq hüquq sistemi eroziyaya uğrayıb. O həmçinin dialoq aparmaq cəhdlərinin hamısının məhdudlaşdırıldığını vurğulayıb: «Təəssüf ki, bu belədir, təəssüf ki, bu, bugünkü praktikadır. Parlamentarilər arasında son vaxtlar birbaşa təmasın və ünsiyyətin məhdudlaşdırılması cəhdləri artmaqdadır və biz bunu müşahidə edirik».