«Trollar»ın 27 yaşlı azərbaycanlı başçısı
Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair üzə çıxan yeni dəlillərə əsasən bu əməliyyatda sosial şəbəkələrdən də geniş istifadə edilib. Rusiya xüsusi xidmət orqanlarına bağlı «trollar» «Facebook», «İnstagram» və «Twitter»də çoxsaylı qruplar yaradaraq ABŞ-dakı seçki kampaniyasında demokratların əleyhinə təbliğat aparıblar.
Hazırda Rusiya xüsusi xidmət orqanlarının ABŞ seçkilərinə Trampın xeyrinə müdaxilə zamanı sosial şəbəkələrdən də istifadə etməsini xüsusi prokuror Robert Müllerin komandası və Konqresin xüsusi komissiyası araşdırır. Virtualaz.org xəbər verir ki, RBK jurnalının araşdırmasına əsasən Amerika seçkilərinə müdaxilə edən «trollar»a rəhbərlik edən azərbaycanlıdır, onun cəmi 27 yaşı var.
RBK-nın araşdırması nəticəsində «Facebook», «İnstagram» və «Twitter»də ABŞ seçkilərində kampaniya aparan 118 qrup aşkar edilib. Həmin qrupların hamısı bu ilin avqust-sentyabr aylarında Rusiyanın seçkilərə müdaxiləsinə dair təhqiqat çərçivəsində bloklanıb. Məlum olub ki, sosial şəbəkələrdəki həmin səhifələr və qruplar Sankt-Peterburqun Savuşkin küçəsi, 55 nömrəli evdən idarə olunub. Həmin evdə Rusiya xüsusi xidmət orqanlarının «trollar fabriki» yerləşir. RBK həmin «fabrikin» administrator panellərinin skrinşotlarını əldə edib və oradan həmin qrupun Amerika seçkilərində necə qara piarla məşğul olduğu görünür.
Qrup əsasən Amerikada irqi ayrı-seçkilik problemini qabardıb, habelə qeyri-leqal miqrasiya, silahlara nəzarət və Texasın suverenliyi kimi demokratların əleyhinə olan amma respublikaçı elektorata xoş gələn mövzularda təbliğat aparıb. Amerika seçkilərinə müdaxiləyə hazırlıq 2015-ci ilin yazından başlayıb. Bunu «fabrikin» keçmiş əməkdaşı deyib. Əvvəlcə qrupda 30 adam işləyib, lakin 2016-cı ilin yayında ştat sayı 80-90 nəfərə çatdırılıb. «Trollar» gecə növbəsində də işləyiblər, amerikalılar isə bu qruplarda qurama xəbərlər paylaşanların okeanın o tayında yerləşdiyindən xəbərsiz olublar.
Həmin binada yerləşən «trollar fabriki»nin «Amerika şöbəsinə» 27 yaşlı Azərbaycan sakini Ceyhun Aslanov rəhbərlik edib. RBK Ceyhun Aslanovun teleqram-çatından götürülmüş və «trollar»ın ABŞ-dakı işinin ilkin nəticələrinin müzakirə olunduğu yazışmalara malikdir. Aslanov Sankt-Peterburqa 2000-ci illərin sonunda İrkutsk vilayətindən gəlib, Hidrometerolgiya İnstitutunda iqtisadçı ixtisası üzrə oxuyur. Təhsil müddətində bir neçə ay ABŞ-da yaşayıb, Londonda olub. Aslanov özü isə «trollar fabriki» ilə hər hansı əlaqəsini inkar edir.
RBK bildirir ki, «trollar»ın illik maaş büdcəsi 1 milyon dollar olub. Vəsaitin xeyli hissəsi «Facebook» reklamlarına xərclənib.